Press-relizlər

Jurnalistlər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər


         13 sentyabr 2018-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə növbəti görüş təşkil olunub.

          Regionlarda yerləşən Heydər Əliyev Mərkəzlərində keçirilən tədbirlər çərçivəsində baş tutan görüşdə Azərbaycan Respublikasının Dövlət Dəniz Agentliyinin mətbuat katibi Tural Museyibov, ARB televiziyasının Xəbərlər Departamentinin redaktoru, BDU-nun dosenti Aynur Nəsirova, Milli.Az xəbər portalının əməkdaşı İlkin İzzət və digər qonaqlar iştirak ediblər.

          Onlar peşə fəaliyyətləri dövründə ölkə daxilində və xaricində  ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xoş xatirələrini bölüşüblər.

          Bu tədbirlər Ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının  təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilir.

          Tədbirlər dövlətçilik, vətənpərvərlik, şəxsi inkişaf, mədəniyyət, sosial, təhsil və ekologiya istiqamətləri üzrə təlim, seminar, yarış və müzakirə formatında təşkil olunur.

Tarix: 13-09-2018 16:05