Press-relizlər

Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək


10 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academynin birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçiriləcək.

Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin big data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev  olacaqlar.

Tədbirdə iştirak ödənişsizdir.

Qeydiyyat üçün link: https://bit.ly/2NyM9Pw


Tarix: 01-03-2019 11:11