Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN Həyat” Bahar Festivalı keçirilir


          Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.

          2 – 19 mart tarixini əhatə edəcək Festival çərçivəsində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunacaq, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçiriləcək.

          Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq . Bu trucklərdə  “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.

          Festivalın əsas məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq,  onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin  Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

          Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

         


Tarix: 04-03-2019 10:10