Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Beynəlxalq Simpoziumun iştirakçıları “ASAN xidmət”də


             31 may 2019-cu il tarixində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun iştirakçıları Şəki “ASAN Həyat” kompleksi ilə tanış olublar.

            Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

            Bildirilib ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

            Qonaqlar, həmçinin kompleksdə yerləşən “ABAD”ın sərgi salonu, “ASAN Peşə” mərkəzi, kinoklub ilə tanış olub, ASAN könüllüləri ilə görüşüblər.

             “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpozium keçirilir.  14 xarici ölkədən 25 iştirakçının qatıldığı Simpozium 2 iyun tarixinədək davam edəcək.

           

 


Tarix: 31-05-2019 14:27