Press-relizlər

“ASAN Akademiya 2019” layihəsi başa çatıb


            28 iyun 2019-cu il tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gilan Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin bağlanış  mərasimi keçirilib.

            Tədbirdə öncə Karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim olunub.  

            Sonra “ASAN Akademiya 2019” layihəsinin bağlanış mərasiminə start verilib.

            Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Əlikram İsayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Gilan Holdinq”in İnsan resursları departamentinin direktoru Allahverdi Bağırov və digər qonaqlar iştirak ediblər.

             “ASAN Akademiya 2019” layihəsi müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub.  İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalar təşkil edilib.

            Layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq olub.

            Tədbirdə, həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət çarçısı” proqramı tərəfindən konsert proqramı təşkil olunub.

            Bağlanış mərasimində mükafatlandırma mərasimi keçirilib və xatirə şəkili də çəkdirilib.

            Həmçinin günün sonunda “ASAN Akademiya” layihəsinin 5 illiyi münasibəti ilə iştirakçılar üçün Məzun gecəsi təşkil olunacaq.

 


Tarix: 28-06-2019 14:34