Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İndoneziyanın nümayəndə heyəti “ASAN xidmət”də


            İndoneziyanın Qərbi Sumatra əyalətinin qubernatoru Irvan Prayitnonun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.

            Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.       

            Bildirilib ki, bu günədək 30 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Həmçinin Bakıda keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda İndoneziyadan geniş tərkibdə nümayəndə heyətinin iştirakından məmnunluq vurğulanıb.


Tarix: 03-07-2019 10:04