Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN Könüllüləri Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə çağırışçı gənclər arasında “Qarabağ” Peyntbol Turniri keçiriləcək


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin bütün şəxsi heyəti də daxil olmaqla gənc çağırışçılara hər zaman xüsusi diqqət göstərilmişdir. 

25 iyun 2014-cü il tarixində vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Şüvələn qəsəbəsində yerləşən ARENA İdman klubunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri keçirəcəkdir.

Turnirdə 8 komandanı təmsil edən 40 çağırışçı gəncin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, forma və məzmununa görə bu cür turnir ilk dəfə keçirilir və təşkilatçılar tərəfindən davamlı olaraq keçirilməsi planlaşdırılır.


Tarix: 23-06-2014 15:07