Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola Azərbaycan” koronavirusla mübarizəyə dəstək göstərib


Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən "ASAN Könüllüləri" Təşkilatı və " Coca-Cola  Azərbaycan” ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib. 


ASAN könüllüləri və "Coca-Cola Azərbaycan” əməkdaşlarının birgə təşəbbüsü ilə  xəstəxanalara ödənişsiz formada içməli sular çatdırılıb. Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120,000 vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib. 
Qarşıdakı bir neçə gün ərzində həm Bakı şəhəri, həm də bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara içməli suların çatdırılması təmin ediləcəkdir.


Tarix: 09-04-2020 17:25