Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"Virtual xidmət mərkəzi" yaradılacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "2Win- Virtual xidmət mərkəzi" platforması yaradılacaq.

"Virtual xidmət mərkəzi" vətəndaşlara olduqları yeri tərk etmədən  platformada təqdim olunan xidmətlərdən yararlanmağa imkan  verəcək. İstifadəçilər  mərkəzdə  yararlanmaq istədikləri xidmət otağına daxil ola biləcəklər.

Təyinatı üzrə otağa daxil olacaq istifadəçilər uyğun olaraq hüquqşünas, psixoloq, həkim və s. xidmətlərdən  yararlana biləcək, müxtəlif proseslərdə virtual olaraq iştirak edə biləcəklər.
Həmçinin platforma vasitəsi ilə vətəndaşlara şəxsi biznes və özünəməşğulluq imkanları yaradılmaqla virtual biznes inkubatoru vasitəsi ilə dəstək göstəriləcək.

Layihənin məqsədi koronavirus pandemiyası və sonrakı dövrdə birbaşa təması minimuma endirmək, istifadəçilərinin olduqları yeri tərk etmədən zəruri xidmətlərdən ən qısa zaman çərçivəsində,  operativ yararlanmalarını təmin etməkdir.


Tarix: 23-04-2020 16:10