Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub


Hökumətlərin dövlət xidmətləri və bu sahə üzrə təcrübələrinə həsr olunmuş “GX Now” adlı sənədli film geniş ictimaiyyətə təqdim olunub. Sənədli film Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Government Experience” platforması çərçivəsində məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes)  İan Xan tərəfindən hazırlanıb.

“GX Now” hökumətlərin dövlət xidmətlərinin göstərilməsi modellərini təkmilləşdirərək texnologiyaya necə uyğunlaşdırdıqlarını və daha yaxşı xidmətlər haqqında düşüncələrini əks etdirən sənədli filmdir. Filmdə dövlətlərin sabahın hökumətlərinin necə olacağına və hansı formada fəaliyyət göstərəcəyinə dair təcrübələrinə və fikirlərinə yer verilib.

Sənədli fimdə dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın qabaqcıl ölkələrindən hesab olunan Azərbaycanın təcrübəsinə də geniş yer verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun müsahibəsində Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatların  tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə rəqəmsal hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verib. O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirini diqqətə çatdırıb.

Dövlət Agentliyinin sədr müavini dövlət xidmətlərinin göstərilməsində hazırda tətbiq olunan və gələcəkdə tətbiqi nəzərdə tutulan texnologiyalar və innovasiyalar barədə də danışıb. Həmçinin data texnologiyalarının əvvəlkindən daha sürətlə inkişaf etdiyini və dövlət xidmətlərinin səmərəliliyin artırılması üçün önəmli bir vasitə olduğu qeyd edilib.

Filmdə BƏƏ Hökumətinin dövlət xidmətləri üzrə bölməsinin rəhbəri Mohamed Bin Taliah, Majid Al Futtaim Holdinqin baş icraçı direktoru Alain Bejjani, Estoniya Hökumətinin İnformasiya texnologiyaları üzrə bölməsinin rəhbəri Siim Sikkut, Niderland Hökumətinin Blockchain layihələrinin rəhbəri Marloes Pomp, eləcə də süni intellekt, data texnologiyaları üzrə dünyanın qabaqcıl ölkələrinin mütəxəssisləri də yer alıblar.

Bu, dövlət xidmətləri sahəsində dünyada çəkilmiş ilk sənədli filmdir.

“GX Now” sənədli filminə keçid:  https://gxnow.com/gxnowlive/


Tarix: 22-01-2021 10:39