Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Beynəlxalq Prokurorlar Assosiasiyasının 19-cu İllik Konfransı və Ümumi İclası çərçivəsində “ASAN xidmət”-in təqdimatı keçirilib


23-27 noyabr 2014-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 19-cu İllik Konfransı və Ümumi İclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədov, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, bir sıra ölkələrin prokurorluq, ədliyyə qurumlarının rəhbərləri, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

166-dan çox ölkənin prokurorluq orqanını özündə birləşdirən və bu sahədə yeganə təşkilat olan Assosiasiyanın builki görüşü çərçivəsində “Tərəfdaşlar və vətəndaş cəmiyyətinin iştirakı ilə inkişafın təmin edilməsi: digərlərindən öyrənək” mövzusunda seminar təşkil edilib. Seminarda Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli və ABŞ-ın hökümət, QHT nümayəndələri əsas məruzəçilər qismində çıxış ediblər.

Azad Cəfərli Azərbaycan brendi olan “ASAN xidmət” haqqında təqdimat edib. Təqdimatda dövlət sektorunun müasirləşdirilməsi istiqamətində  Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, o cümlədən, dövlət xidmətlərinin göstərilməsində nümunəvi model olan “ASAN xidmət”-in yaradılması, həyata keçirilən xidmət növləri, vətəndaş məmnunluğu sahəsində əldə edilmiş nailiyyətlər və gələcək planlara dair məlumat verilib. Dövlət xidmətlərinin innovativ üsulların tətbiqi ilə reallaşdırıldığı iştirakçıların diqqətinə çatdırılıb

Təqdimatın gedişində “ASAN xidmət” –in fəaliyyətinə dair video çarx da nümayiş etdirilib.

Tədbirdə “ASAN xidmət”-in fəaliyyəti yüksək maraqla qarşılanıb. Sonda iştirakçıların şərhləri və sualları cavablandırılıb.


Tarix: 27-11-2014 17:50