Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri Heydər Əliyev zirvəsinə yürüş ediblər


“ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibəti ilə Hava və Eksterimal İdman Növləri Federasiyası tərəfindən təşkil edilən Heydər Əliyev zirvəsinə yürüşdə iştirak ediblər.

11 dekabr 2014-cü il tarixində yürüş iştirakçıları Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Ümummilli Lider Heydər ƏIliyevin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı “ASAN xidmət”in bayrağı da dalğalandırılıb. İştirakçılar Azərbaycan Respublikasının dövlət himinini oxuyub və Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

12 dekabr tarixində isə yürüş iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Liderin xatirəsini yad edib.


Tarix: 11-12-2014 16:07