Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edir

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vəzifə üzrə 12 yer)

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə ELAN EDİR:

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmın sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafıq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafıq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə) 
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) 
  • iki ədəd ağ fonlu rəngli fotoşəkil (6x4) 
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış 


Müsahibədə ıştirak etmək üçün ərizələrin qəbulu 12 iyul 2018-ci il tarixdən 26 iyul 2018–ci il tarixdə saat 18:00–dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində aparılacaqdır. Ərizələr şəxsən (bazar ertəsi · cümə günləri saat 09:00-dan 13:00–dək və 14:00–dan 18:00– dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafıq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.