Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2.1.7, 3.1.10.3, 4.1.5, 4.1.6, 4.1.7-ci yarımbəndlərinə və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) 2014-cü il 15 yanvar  tarixli, 1/1-01 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq, Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na (bundan sonra Siyahı) daxil edilmiş xidmətlərin qiymətləndirilməsi həyata keçirilmişdir.

Qiymətləndirmə qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili vəziyyətinin müəyyən edilməsi məqsədi ilə həmin orqanların xidmət prosesinin və elektron xidmətlərin göstərilməsinin cari vəziyyətinin öyrənilməsi, məlumatların toplanılması, sistemləşdirilməsi, parametrlər üzrə yoxlanılması və təhlili istiqamətində aparılmışdır.

Aparılmış qiymətləndirmələr çərçivəsində ilkin olaraq dövlət orqanlarının rəsmi internet informasiya ehtiyatlarında olan “Elektron xidmətlər” bölməsi və “Elektron hökumət” portalında həmin orqanlara aid olan bölmələr üzərindən elektron xidmətlərin göstərilmə vəziyyəti barədə məlumatlar toplanılmış, sonra isə elektron xidmətlərin keyfiyyətli və davamlı göstərilməsi üçün zəruri olan texniki imkanların öyrənilməsi məqsədilə yerində baxış həyata keçirilmişdir.

Qiymətləndirmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı mövcud vəziyyət öyrənilmiş, hazırlanmış rəylərdə çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilmişdir.

Dövlət Agentliyi tərəfindən elektron xidmətlərin qiymətləndirilməsi 2013-cü ildə 40 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 439 xidmət üzrə, 2014-cü ildə 41 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 438 xidmət üzrə, 2015-ci ildə 39 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 438 xidmət üzrə qiymətləndirmə həyata keçirilmişdir.  

Qiymətləndirmə çərçivəsində hər bir dövlət orqanı tərəfindən həyata keçirilən elektron xidmətlər haqqında həmin orqanın rəsmi internet informasiya ehtiyatlarında olan “Elektron xidmətlər” bölməsi və “Elektron hökumət” portalında mövcud olan, o cümlədən yerində baxış zamanı toplanmış məlumatlar İşçi qrupu tərəfindən təhlil olunmuş, “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi”, “İstifadə rahatlılığı səviyyəsi” meyarları üzrə qiymətləndirmələr aparılmışdır.

Xidmətlərin elektronlaşdırılması ilə bağlı ümumi vəziyyət aşağıdakı kimi müəyyənləşdirilmişdir:

 

2013-cü ilin nəticələri:

2014-cü ilin nəticələri:

2015-ci ilin nəticələri:

 Qiymətləndirmə aparılmış mərkəzi icra      hakimiyyəti orqanlarının sayı

40

41

39

 Xidmətlərin sayı

439

438

438

Onlardan:

 

 

 

       Elektronlaşdırılmış

305

341

354

              Elektronlaşdırılmamış

134

97

84

 

Qiymətləndirmə dövründə elektron formada həyata keçirilən xidmətlərin  təşkili və göstərilmə səviyyəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

 

2013-cü ilin nəticələri:

2014-cü ilin nəticələri:

2015-ci ilin nəticələri:

 “Qeyri-kafi” qiymətləndirilmiş xidmətlərin  sayı

5

55

67

 “Kafi” qiymətləndirilmiş xidmətlərin sayı

83

72

54

 “Yaxşı” qiymətləndirilmiş xidmətlərin sayı

142

100

105

 “Əla” qiymətləndirilmiş xidmətlərin sayı

75

114

128

 

* Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2014-cü il 15 yanvar tarixli 1/1-01 nömrəli kollegiya qərarı ilə “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na müvafiq dəyişikliklər edilmişdir. Dəyişikliklər qiymətləndirmə meyarlarında tələblərin artırılması ilə bağlı olmuşdur ki, bu da dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə nəticədə azalmanın müşahidə olunmasına səbəb olmuşdur.

Hesabatda qeyd olunan orqanlar tərəfindən elektron formada göstərilən hər bir xidmətin təşkili və göstərilmə səviyyəsi üzrə siyahısı (2013-cü il)

Hesabatda qeyd olunan orqanlar tərəfindən elektron formada göstərilən hər bir xidmətin təşkili və göstərilmə səviyyəsi üzrə siyahısı (2014-cü il)

Hesabatda qeyd olunan orqanlar tərəfindən elektron formada göstərilən hər bir xidmətin təşkili və göstərilmə səviyyəsi üzrə siyahısı (2015-ci il)