Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyi haqqında ƏSASNAMƏ-nin 2 -ci hissəsi

 

2. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri

2.1. Dövlət Agentliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. mərkəzlərin vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;

2.1.2. mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;

2.1.3. mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;

2.1.4. mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;

2.1.5. mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin edir;

2.1.6. “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır;

2.1.7. dövlət qurumları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirir.