“Çağrı” mərkəzi tərəfindən şəxslərə aşağıdakı xidmətlər göstərilir:

Canlı rejimdə:

- “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlərlə bağlı sualların cavablandırılması;

- Xidmətlərdən istifadə zamanı qarşılaşdıqları hüquqpozmalar barədə şikayət və məlumatların qəbulu, baxılması üçün araşdırmaya yönəldilməsi.

 Avtomatik rejimdə:

Respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsini ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq Çağrı Mərkəzinin xidmətlərindən yararlanmaq mümkündür. Əlaqə zamanı robot Sizi salamladıqdan sonra menyu təqdim edir və menyuda müvafiq düyməni seçdikdən sonra avtomatik olaraq operatorla birləşdirir.

Siz iş günü ərzində saat 10.00-dan 19.00-dək zəng edib Çağrı Mərkəzinin əməkdaşları ilə ünsiyyət yarada bilərsiniz.

Müraciətiniz sorğu xarakterli olduqda operator tərəfindən sorğunuz cavablandırılacaq, qanun çərçivəsində zəruri məsləhətlər veriləcək, şikayət xarakterli olduqda isə şikayətiniz qəbul ediləcək və araşdırılması üçün müvafiq struktur bölməyə göndəriləcəkdir.