Xidmətlər barədə məlumat avtomatik rejimdə verilir. Çağrı Mərkəzində avtomatlaşdırılmış sistem tərəfindən qeyri -iş saatlarında və qeyri-iş günlərində “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının göstərdikləri xidmətlər barədə məlumatların verilməsi xidməti göstərilir.

Çağrı Mərkəzinə zəng edən vətəndaş səsli menyu vasitəsilə təqdim olunan xidmət növlərindən ona lazım olanını seçir. Sonra elektron sistem vasitəsilə standart formada qısa məlumat verilir.

Bu halda zəruri məlumat almaq üçün aşağıda göstərilən qaydaya riayət etməlisiniz:

- Telefonla 108 nömrəsini yığırsınız;          

- İnteraktiv bələdçi Sizi salamladıqdan sonra müvafiq düyməni seçdikdə təqdim edilən məlumatı dinləyə bilərsiniz. Seçiminizi etmək üçün Sizə bir neçə saniyə vaxt ayrılır və bu müddət ərzində heç bir düymə seçilmədikdə mətnin məzmunu səsləndirilir.

Seçiminizdən sonra interaktiv bələdçi məlumatın səsləndirilməsini davam etdirəcək və müvafiq düyməni seçməklə Sizi maraqlandıran bölməni seçməyi təklif edəcəkdir.