“İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnzibati orqanların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 28 avqust 2007-ci il

    № 136

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İnzibati orqanların

 

TƏSNİFATI

 

 

Sıra

№-si

 

İnzibati orqanların adı

I.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

II.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARI:

1.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

1.1.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

1.2.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları

2.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi

2.1.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin:

2.1.1.

icra xidməti

2.1.2.

dövlət notariat kontorları

2.1.3.

regional qurumları

2.1.4.

rayon, şəhər qeydiyyat şöbələri

2.1.5.

Tibb baş idarəsi

2.1.6.

hüquqi şəxslərin mərkəzi reyestr şöbəsi

2.1.7.

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti

2.1.8. 

cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları

3.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

3-1.

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti

4.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

4.1.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin:

4.1.1.

idarə, şöbə və xidmətləri

4.1.2.

hərbi komissarlıqları

4-1.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

4-1.1.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin:

4-1.1.1.

yerli idarə, şöbə və bölmələri

5.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

5.1.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri

6.

Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi

6.1.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu

6.2.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 

6.3.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti 

6.4.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri

6.5.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri

7.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

7.1.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi

7.2.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 

7.3.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi

7.4.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

7.5.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti

7.6.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri

8.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

8.1.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti

8.2.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

8.3.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti

8.3-1. 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti

8.4.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin:

8.4.1.

ərazi kənd təsərrüfatı idarələri

8.4.2.

Baş Dövlət texniki nəzarət müfəttişliyi

8.4.3.

Respublika Dövlət toxum müfəttişliyi

8.4.4.

Azərbaycan seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə dövlət komissiyası

9.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi

9.1.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi

9.2.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri

10.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi

10.1.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şəhər (rayon) səhiyyə şöbələri və idarələri

10.2.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

11.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

11.1.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

11.2.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

11.3.

Regional mədəniyyət və turizm idarələri

12. 

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

12.1.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi

12.2.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

13.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi

13.1.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin:

13.1.1.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun yerli bölmələri

14.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu

14.1.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin:

14.1.1.

Dövlət Əmək Müfəttişliyi Xidməti, onun yerli bölmələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

14.1.2.

Dövlət Məşğulluq Xidməti, rayon (şəhər) məşğulluq orqanları, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti

14.1.3.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, onun tibbi-sosial ekspert komissiyaları, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

14.1.4.

Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri

14.1.5.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti

14.2.

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu

15. 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi

15.1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlər

15.2.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin:

15.2.1.

ərazi vergilər departamentləri

15.2.2.

ərazi vergilər idarələri

15.2.3.

rayon vergilər şöbələri

15.3.

Naxçıvan Şəhər Vergilər İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri.

16.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

16.1.

Azərbaycan Respublikası Energetika Nazirliyinin:

16.1.1.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi[

16.1.2.

Dövlət Enerji Nəzarəti İdarəsi (yerli bölmələri)

16.1.3.

Dövlət Qaz Nəzarəti İdarəsi (yerli bölmələri)

17.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

17.1.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin:

17.1.1.

Ətraf mühitin mühafizəsi departamenti

17.1.1-1.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi

17.1.2.

Bakı şəhəri ərazi ekologiya və təbii sərvətlər departamenti

17.1.3.

Meşələrin inkişafı departamenti və onun yerli qurumları

17.1.4.

Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti və onun yerli qurumları

17.1.5.

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti

17.1.6.

Dövlət ekspertiza idarəsi

17.1.7.

Rayon regional ekologiya və təbii sərvətlər departamenti

17.1.8.

Ərazi ekologiya və təbii sərvətlər şöbələri

18.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi

18.1.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rayon (şəhər) gənclər və idman baş idarələri (idarələri)

19.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi

19.1.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin:

19.1.1.

Dövlət Yanğın Nəzarəti Xidməti

19.1.2.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

19.1.3.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi

19.1.4.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 

19.1.5.

Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi

19.1.6.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi

19.1.7.

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

19.1.8.

Xüsusi Riskli Xilasetmə Xidməti

19.1.9.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

19.1.9-1.

Su Ehtiyatları Dövlət Agentliyi

19.1.10.

Regional mərkəzlər

20.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

21. 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

21.1.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin:

21.1.1.

ərazi gömrük idarələri:

21.1.1.1.

Bakı Baş Gömrük İdarəsi;

21.1.1.2.

Sumqayıt Baş Gömrük İdarəsi;

21.1.1.3.

digər ərazi gömrük idarələri;

21.1.2.

ixtisaslaşdırılmış gömrük idarələri:

21.1.2.1.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;

21.1.2.2.

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi;

21.1.2.3.

Enerji Gömrük İdarəsi;

21.1.2.4.

Aksiz Gömrük İdarəsi;

21.1.2.5.

Avtonəqliyyat Gömrük İdarəsi;

21.1.3.

gömrük postları.

22.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

23.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi

24.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi

24.1.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri)

25.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

25.1.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin:

25.1.1.

Mənzil İstismar Departamenti

25.1.3.

rayon (şəhər) şöbələri, nümayəndəlikləri

26.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

27. 

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi

27.1.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri

28.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi

29.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya

29-1.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

29-1.1.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri

30.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 

31.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

31.1.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin:

31.1.1.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi

31.1.2.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 

31.1.2-1.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti

31.1.2-2.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi

31.1.3.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri;

31.1.4.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);

32.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

32-1

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

33.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi

33.1.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin:

33.1.1.

Azərbaycan Respublikası dövlət arxivləri

33.1.2.

Azərbaycan Respublikası dövlət arxivlərinin filialları

33.1.3.

Azərbaycan Respublikasının rayon (şəhər) dövlət arxivləri

34.

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

34.1.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin ərazi şöbələri 

35.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

35.1.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti

35.2.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti

35.3.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti

36.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu

36.1.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun:

36.1.1.

İri sığortaedənlərlə iş üzrə departamenti

36.1.2.

Bakı şəhər hüquqi şəxslərlə iş departamenti

36.1.3.

Bakı şəhəri rayon şöbələri

36.1.4.

şəhər (rayon) şöbələri

37.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

37.1.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin:

37.1.1.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri

38.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

38.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin:

38.1.1.

Regional idarələri

38.1.2.

Qanunsuz miqrantların saxlanılması mərkəzləri

39.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası

40.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 

41.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

41-1.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi

41-2.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

41-2.1.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin:

41-2.1.1.

aparatı

41-2.1.2.

regional bölmələri

42.

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

42.1.

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri)

III.

AZƏRBAYCAN RESPUBLİKASININ YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARI

1.

Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları

1-1. 

Yerli icra hakimiyyəti başçılarının yanında olan:

1-1.1.

Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi

1-1.2.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi

2.

Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri

3.

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan:

3.1.

Bakı şəhər İqtisadiyyat Komitəsi

3.2.

Memarlıq və Şəhərsalma Baş İdarəsi

3.3.

Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti

3.4.

Kino Xidməti İdarəsi

3.5.

Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi

3.6.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti

3.7.

Bakı Şəhər Ekspertiza Mərkəzi

IV.

AZƏRBAYCAN RESPUBLİKASININ BƏLƏDİYYƏLƏRİ

V.

Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər.