“İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnzibati orqanların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

Bakı şəhəri, 28 avqust 2007-ci il
    № 136

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

İnzibati orqanların

TƏSNİFATI

 

Sıra
№-si

 

İnzibati orqanların adı

I.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

II.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARI:

1.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

1.1.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

1.2.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları

2.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi

2.1.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin:

2.1.1.

icra xidməti

2.1.2.

dövlət notariat kontorları

2.1.3.

regional ədliyyə şöbələri

2.1.4.

rayon, şəhər qeydiyyat şöbələri

2.1.5.

Tibb baş idarəsi

2.1.6.

hüquqi şəxslərin mərkəzi reyestr şöbəsi

2.1.7.

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti

2.1.8. [1]

cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları

3.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

4.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

4.1.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin:

4.1.1.

idarə, şöbə və xidmətləri

4.1.2.

hərbi komissarlıqları

4-1.[2]

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

4-1.1.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin:

4-1.1.1.

yerli idarə, şöbə və bölmələri

5.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

5.1.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri

6.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi[3]
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi

6.1.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu

6.2.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti [4]

6.3.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti [5]

6.4.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin regional bölmələri

6.5.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri[6]

7.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

7.1.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi[7]

7.2.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti [8]

7.3.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi[9]

7.4.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

7.5.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti

7.6.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri

8.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

8.1.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti[10]

8.2.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

8.3.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti

8.3-1. [11]

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti

8.4.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin:

8.4.1.

ərazi kənd təsərrüfatı idarələri

8.4.2.

Baş Dövlət texniki nəzarət müfəttişliyi

8.4.3.

Respublika Dövlət toxum müfəttişliyi

8.4.4.

Azərbaycan seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə dövlət komissiyası

9.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi

9.1.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri

10.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi

10.1.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şəhər (rayon) səhiyyə şöbələri və idarələri

10.2.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

11.[12]

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

11.1.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

11.2.

11.3.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

Regional mədəniyyət və turizm idarələri

12. [13]

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

12.1. [14]

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi

12.2.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

13.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi

13.1.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin:[15]

13.1.1.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun yerli bölmələri

14.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi[16]

14.1.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin:

14.1.1.

Dövlət Əmək Müfəttişliyi Xidməti, onun yerli bölmələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti

14.1.2.

Dövlət Məşğulluq Xidməti, rayon (şəhər) məşğulluq orqanları, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti

14.1.3.

Dövlət Sosial Təminat Xidməti, onun yerli bölmələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat İdarəsi

14.1.4.

yerli bölmələr

14.1.5.

Respublika Tibbi-Sosial Ekspert Mərkəzi

14.1.6.

tibbi-sosial ekspert komissiyaları

15. [17]

Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi

15.1.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlər

15.2.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin:

15.2.1.

ərazi vergilər departamentləri

15.2.2.

ərazi vergilər idarələri

15.2.3.

rayon vergilər şöbələri

15.3.

Naxçıvan Şəhər Vergilər İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri.

16.

Azərbaycan Respublikasının Energetika Nazirliyi[18]

16.1.

Azərbaycan Respublikası Energetika Nazirliyinin:

16.1.1.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi[19]

16.1.2.

Dövlət Enerji Nəzarəti İdarəsi (yerli bölmələri)[20]

16.1.3.

Dövlət Qaz Nəzarəti İdarəsi (yerli bölmələri)[21]

17.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

17.1.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin:

17.1.1.

Ətraf mühitin mühafizəsi departamenti

17.1.1-1.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi[22]

17.1.2.

Bakı şəhəri ərazi ekologiya və təbii sərvətlər departamenti

17.1.3.

Meşələrin inkişafı departamenti və onun yerli qurumları

17.1.4.

Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti və onun yerli qurumları

17.1.5.

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti

17.1.6.

Dövlət ekspertiza idarəsi

17.1.7.

Rayon regional ekologiya və təbii sərvətlər departamenti

17.1.8.

Ərazi ekologiya və təbii sərvətlər şöbələri

18.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi

18.1.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rayon (şəhər) gənclər və idman baş idarələri (idarələri)

19.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi

19.1.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin:

19.1.1.

Dövlət Yanğın Nəzarəti Xidməti

19.1.2.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

19.1.3.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi

19.1.4.

Dövlət Sularda Xilasetmə Xidməti

19.1.5.

Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi

19.1.6.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi

19.1.7.

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

19.1.8.

Xüsusi Riskli Xilasetmə Xidməti [23]

19.1.9.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi[24]

19.1.9-1.

Su Ehtiyatları Dövlət Agentliyi[25]

19.1.10.

Regional mərkəzlər

20.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

21. [26]

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

21.1.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin:

21.1.1.

ərazi gömrük idarələri:

21.1.1.1.

Bakı Baş Gömrük İdarəsi;

21.1.1.2.

Sumqayıt Baş Gömrük İdarəsi;

21.1.1.3.

digər ərazi gömrük idarələri;

21.1.2.

ixtisaslaşdırılmış gömrük idarələri:

21.1.2.1.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;

21.1.2.2.

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi;

21.1.2.3.

Enerji Gömrük İdarəsi;

21.1.2.4.

Aksiz Gömrük İdarəsi;

21.1.2.5.

Avtonəqliyyat Gömrük İdarəsi;

21.1.3.

gömrük postları.

22.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

23.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi[27]

24.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi

24.1.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri)

25.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

25.1.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin:

25.1.1.

Mənzil İstismar Departamenti

25.1.3.

rayon (şəhər) şöbələri, nümayəndəlikləri

26.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi[28]

27. [29]

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi

27.1. [30]

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri

28.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi [31]

29.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya

29-1.[32]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

29-1.1.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri

30.

Diasporla İş üzrə Dövlət Komitəsi[33]

 

üzrə Dövlət Komitəsi

31.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi[34]

31.1.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin: [35]

31.1.1.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi[36]

31.1.2.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti [37]

31.1.2-1.[38]

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti

31.1.2-2.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi

31.1.3.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri;[39]

31.1.4. [40]

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);

32.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

32-1

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi[41]

33.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Milli Arxiv İdarəsinin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi[42]

33.1.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin:

33.1.1.

Azərbaycan Respublikası dövlət arxivləri

33.1.2.

Azərbaycan Respublikası dövlət arxivlərinin filialları

33.1.3.

Azərbaycan Respublikasının rayon (şəhər) dövlət arxivləri

34.

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi[43]

34.1.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin ərazi şöbələri [44]

35.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [45]

35.1.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti[46]

35.2.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti

35.3.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti

36.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu
Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu[47]

36.1.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun:

36.1.1.

İri sığortaedənlərlə iş üzrə departamenti

36.1.2.

Bakı şəhər hüquqi şəxslərlə iş departamenti

36.1.3.

Bakı şəhəri rayon şöbələri

36.1.4.

şəhər (rayon) şöbələri

37.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

37.1.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin:

37.1.1.

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri

38.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

38.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin:

38.1.1.

Regional idarələri

38.1.2.

Qanunsuz miqrantların saxlanılması mərkəzləri

39.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası

40.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası [48]

41.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

41-1.[49]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi

41-2.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə  Dövlət Agentliyi

41-2.1.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin:

41-2.1.1.

aparatı

41-2.1.2.

regional bölmələri

42.

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti[50]

42.1.

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri)[51]

III.

AZƏRBAYCAN RESPUBLİKASININ YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARI

1.

Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları

2.

Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri

3.

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan:[52]

3.1.

Bakı şəhər İqtisadiyyat Komitəsi

3.2.

Memarlıq və Şəhərsalma Baş İdarəsi

3.3.

Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti

3.4.

Kino Xidməti İdarəsi

3.5.

Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi

3.6.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti [53]

3.7.

Bakı Şəhər Ekspertiza Mərkəzi

IV.

AZƏRBAYCAN RESPUBLİKASININ BƏLƏDİYYƏLƏRİ

V.

QANUNVERİCİLİYƏ UYĞUN OLARAQ, İNZİBATI AKT QƏBUL ETMƏK
SƏLAHİYYƏTİ VERİLMİŞ DİGƏR İNZİBATI ORQANLAR