11-12 və  17-18 sentyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və  tabeliyində olan  “ASAN xidmət” mərkəzlərində çalışan  digər dövlər orqanlarının  əməkdaşlarının Şirvanşahlar Saray kompleksinə səfəri təşkil olunub.

Əməkdaşlar XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksi ilə yaxından tanış olublar. Bildirilib ki,   Şirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah padşahın sifarişi ilə tikilib. Saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Tаriхçilərin məlumаtınа görə Seyid Yəhya Bakuvi Şirvanşah I Xəlilullah dövründə sаrаy аlimlərindən biri оlub. Bizə Sеyid Yəhyа Bаkuvinin 30 аddа əsəri gəlib çаtmışdır. Оnlаr əsasən sufizm-mistik хüsusiyyətini dаşıyır və Türkiyənin Mаnisа şəhərində "Murаdiyyə" kitаbхаnаsındа sахlаnılır. Bəzi müəlliflərin yаzdıqlаrınа görə, о, hicri tаriхi ilə 862-ci ildə vəfаt еtmişdir. Saray İçərişəhərdə yerləşir. Şirvanşahlar Sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılıb. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. Bu kompleks saray, divanxana, türbə, məscid və minarə, ovdan və hamamın qalığından ibarətdir.

Şirvanşahlar Saray kompleksinə təşkil olunan səfər “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının marağına səbəb olub.