“ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzlərində  könüllü kimi çalışan gənclər “Modern Group of Companies” MMC-nin dəstəyi ilə sosial aksiyalara start verir.

Aksiyalar çərçivəsində gənclər  Ağsu rayonunda yerləşən  “Az-Granata” MMC-nin şirə və şərab emalı zavoduna ekskursiya edirlər.  Mütəmadi qaydada  təşkil olunan səfərlərdə “ASAN xidmət” mərkəzlərinin 300 könüllüsünün iştirakı nəzərdə tutulur.  

Səfər çərçivəsində artıq 80 könüllü  ekskursiyalarda iştirak etməklə Ağsuda yerləşən zavodun ərazisi, iş prinsipi, istehsalat prosesi ilə yaxından tanış olub.

Qeyd edək ki, ekskursiyaların 2014-cü ilin noyabr ayına qədər təşkili nəzərdə tutulur.