9, 10, 16 və 17 oktyabr  2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan  “ASAN xidmət” mərkəzlərinin və  digər dövlət orqanlarının  əməkdaşlarının Qobustan  abidələrinə səfəri təşkil olunub.

Dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustan Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biridir. Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Əməkdaşların marağına səbəb olmuş gəzintidə Dövlət Agentliyinin 150 əməkdaşı iştirak edib.