Dövlət Agentliyinin əməkdaşları arasında ənənəvi olaraq hər ilin sonu “ASAN futbol turniri” təşkil olunur.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş turnirə cari ilin dekabr ayında start veriləcək. Turnirdə ümumilikdə 156 əməkdaş olmaqla Dövlət Agentliyinin Aparatından və “ASAN xidmət” mərkəzlərindən 16 komanda iştirak edəcək.

26 noyabr 2014-cü il tarixində turnirin qrup mərhələsinin püşkatma mərhələsi keçirilib. Püşkatma turnirin təşkilat komissiyasının və komandaların kapitanlarının iştirakı ilə baş tutub.

Nəticədə komandaların qruplar üzrə bölgüsü aşağıdakı cədvəldə göstərilib.

cg