NETTY 2013 Azərbaycan Milli İnternet Mükafatının dövlət saytı nominasiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininwww.asan.gov.azrəsmi internet səhifəsi birinci yerə layiq görülmüşdür. NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar milli mükafatıdır.