Məmmədov Elvin Qasım oğlu 5 avqust 1984-cü ildə Sabirabad rayonunda anadan olub. 1999-2003-ci illərdə bakalavr pilləsi üzrə Bakı Biznes Universitetində əyani, 2011-2013-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitentində distant təhsil alıb. 2004-2014-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi vəzifəsində çalışıb.

2014-ci ildən etibarən isə Sabirabad regional “ASAN xidmət” mərkəzinin direktor müavini vəzifəsində çalışır. 1-ci dərəcəli dövlət qulluqçusudur.

Ailəlidir, 2 övladı var.