Cəfərov Elvin Rasim oğlu 14 iyul 1983-cü ildə Sabirabad rayonunda anadan olub.

2000–2004–cü illərdə bakalavr pilləsi üzrə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb.

2006–2008–ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində mütəxəssis, 2008–2010–cu illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində şöbə rəisi vəzifəsində çalışıb.

2012-2013-cü illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 1 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2013-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı “ASAN xidmət” mərkəzində direktor müavinivəzifəsində çalışıb, cari ilin 29 mart tarixindən etibarən isə direktor vəzifəsinə təyin olunub.

  1.