Əbdül Nəcəf oğlu Əliyev 9 oktyabr 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Politologiya ixtisası üzrə Bakalavr təhsili almışdır. 2008-2012-cü illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Milli təhlükəsizlik və strategiya ixtisası üzrə Magistr təhsili almışdır. Daha sonra 2013-2015-ci illərdə təhsilini Praqa Karl Universitetinin Sosial elmlər fakültəsində Beynəlxalq iqtisadiyyat və siyasət ixtisası üzrə davam etmişdir.

1 iyul 2008 – 2009-cu il tarixlərində Azərbaycan Respublikasının “N” saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 12 avqust 2009 15 fevral 2010-cu il tarixlərində “Synergetics”  - Sosial Texnologiyalar Mərkəzində mütəxəssis vəzifəsində çalışmışdır. 20 fevral 2010-cu il tarixindən 21 iyul 2011-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində təcrübə keçmiş və 21 iyul 2011-ci il tarixindən 1 noyabr 2013-cü il tarixinədək isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində məsləhətçi – ekspert vəzifəsində çalışmışdır.

İngilis və rus dillərini sərbəst bilir. Subaydır.