Azərbaycanın sosial və İT innovasiyalar sahəsində təcrübəsinin Cənubi Afrika Respublikasına (CAR) ixracı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində CAR-ın Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası ilə CAR arasındakı yüksələn xətlə inkişaf edən mövcud ikitərəfli əlaqələrdən bəhs olunub və müvafiq sahələr üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın innovativ brendi “ASAN xidmət”lə yanaşı, ölkəmizin innovativ şirkətlərinin nailiyyətləri də təqdim edilib.  Belə ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nda (AZINNEX) təmsil olunan şirkətlərin Cənubi Afrika Respublikası bazarına investisiya və ixrac imkanları barədə danışıqlar aparılıb.

Görüşün nəticəsi olaraq, aidiyyəti istiqamətlər üzrə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.