1 may 2018-ci il tarixində Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun Dövlət Siyasəti Tədris Proqramının iştirakçısı olan Türkiyə Respublikasının Nazirliklərinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 21 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə də tanış olub.