10 may 2018-ci il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü kimi qeyd olunur.

Bu münasibətlə 10 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Dövlət Agentliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar.