“NETTY2018” Azərbaycanın Milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub.

“Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.

Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir ki, eyni nominasiyada qalib olur.

NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.