7 iyul 2018-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri Akademik Milli Dram Teatrında Natiq Məmmədlinin “Əmanət” əsərini səhnələşdiriblər.

          Tamaşada millətin şərəf və ləyaqətlə 1918-ci ildən bu günümüzə qədər qoruduğu, dövlətimizin azadlıq rəmzi olan bayrağımızı gələcək nəsillərə ötürmək istəyindən danışılıb.

          ASAN könüllüləri tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar səhnələşdirilir.