3 avqust 2018-ci il tarixində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətini başa vuran əcnəbi gənclərlə görüş keçirilib.  

Görüşdə könüllülərlə təcrübə mühiti ilə bağlı səmimi müzakirə aparılıb. Həmçinin onlara  sertifikatlar təqdim olunub.

Gənclər öyrəndikləri təcrübənin müvafiq sahələrdə tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Könüllülük təcrübəsi ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilib.