word_32_32

 “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 mart 2013-cü il

№2815

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il

28 mart tarixli 2815 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Tədbirin adı

İcraçılar

İcra müddəti

Təşkilati tədbirlər

1.

Azərbaycan Respublikasında 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (bundan sonra – İKT) ili elan edilməsi ilə bağlı saytın yaradılması və fəaliyyətinin təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

mart-aprel

2.

Şəhər və rayonlarda ictimai yerlərdə İKT ili ilə əlaqədar təşviqat xarakterli məlumatların yerləşdirilməsi, görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Şurasını cəlb etməklə

il ərzində

3.

“İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası

may

4.

“İKT ili”nin yekununa həsr olunmuş təntənəli tədbirin keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

dekabr

Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi

5.

Sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi

il ərzində

6.

Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

il ərzində

7.

İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

8.

.az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi

il ərzində

9.

Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tarif (qiymət) Şurası

il ərzində

İKT potensialının gücləndirilməsi

10.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

il ərzində

11.

“Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

il ərzində

12.

Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

13.

İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi

il ərzində

14.

“Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

il ərzində

15.

elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Arxiv İdarəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

16.

“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

il ərzində

17.

Seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi Mərkəzi Seçki Komissiyası, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

18.

Regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlər görülməsi, pilot layihənin həyata keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları

il ərzində

19.

İnternetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

il ərzində

20.

Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya yayımına keçidin təmin olunması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Televiziya və Radio Şurası

il ərzində

21.

Mobil nömrə daşınması, mobil cihazların qeydiyyatı sistemlərinin tətbiqi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

22.

Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

23.

İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılmasına dəstəyin göstərilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

24.

AzScienceNet Elm kompter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsi Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

25.

Ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara (ACM, IEEE, Springer, Elsevier və s.) çıxış imkanının yaradılması üçün tədbirlərin görülməsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

26.

Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

İnformasiya cəmiyyəti və insan potensialının inkişafı

27.

Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Heydər Əliyev Fondunu cəlb etməklə

il ərzində

28.

Regionlarda “elektron hökumət” imkanlarından istifadəsinin təmin olunması məqsədilə ictimai informasiya kioskları şəbəkəsinin genişləndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları

il ərzində

29.

İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi Elmin İnkişaf Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

30.

Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

31.

Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi, birgə onlayn forumun keçirilməsi Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondunu cəlb etməklə

il ərzində

32.

Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi Müəllif Hüquqları Agentliyi

il ərzində

33.

Distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

34.

İctimai yerlərdə ödənişsiz WiFi zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

35.

Onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

36.

İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

37.

Uşaqlar üçün “Təhlükəsiz internet” üzrə tədbirlərin görülməsi Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

38.

Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

39.

Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

40.

“Mənim Azərbaycanım” internet foto müsabiqənin keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

41.

İKT üzrə müsabiqə, viktorina, olimpiadaların, həmçinin onlayn keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

42.

İKT üzrə beynəlxalq və ümumrespublika konfranslarının, forumların, seminarların, dəyirmi masaların, sərgilərin keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Gömrük Komitəsi, Müəllif Hüquqları Agentliyi

il ərzində

43.

İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

44.

İKT ixtisaslarının təbliği üzrə maarifləndirmə işlərinin aparılması, tələbə və şagirdlərin İKT obyektlərinə ekskursiyalarının təşkili Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

45.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətinin təşkili Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

46.

“Onlayn fikir bankı”nın yaradılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

il ərzində

47.

İKT sahəsinin inkişafına həsr olunmuş məqalələrin, kitabçaların və digər çap məhsullarının hazırlanması Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

48.

Kitabxanalarda İKT-dən istifadənin genişləndirilməsi Mədəniyyət və Turizm Nazirliyi

il ərzində

49.

Cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi qeyri-hökumət təşkilatlarını cəlb etməklə

il ərzində

50.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin İKT-nin Azərbaycan Respublikasında inkişafı üzrə təşviqat materialları, məlumatlarla təminatının təşkili Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

il ərzində

51.

Xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin ölkədə İKT-nin inkişafı barədə məlumatlandırılması Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

mütəmadi

52.

Elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı tədbirlərin görülməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi