word_32_32

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).
2. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:
3.1. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ciillər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – “Fəaliyyət Planları”) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər;
3.2. Fəaliyyət Planlarının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Fəaliyyət Planlarının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər.
5. Azərbaycan Respublikasının Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarə orqanlarına tövsiyə edilsin ki, Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planlarının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarını cəlb etsin və Fəaliyyət Planlarının icrası üzrə görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2012-ci il
№ 2421

 

Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi üçün, əsasən, aşağıdakı tədbirlər görülmüşdür:

İnformasiya azadlığının təmin edilməsi sahəsində

2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) həvalə edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görülmüşdür. Dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər müəyyən edilmişdir.

Elektron xidmətlərin təşkili sahəsində

2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.

“Bir pəncərə” prinsipinin tətbiqi sahəsində

2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Bunun nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat (biznesə başlama) prosedurlarının sayı 13-dən 3-dək, müddəti isə 53 gündən 3 günədək, təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldılmışdır. Biznesə başlama sahəsində islahatlara görə Azərbaycan Respublikası Dünya Bankının “DoingBusiness-2009” hesabatında ən islahatçı dövlət kimi göstərilmişdir. 2011-ci il iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılmışdır. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir.
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcəkdir.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində

Azərbaycan Respublikası 2003-cü ildən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə (MHŞT) qoşulmuş və təşəbbüsün icrası üzrə xüsusi hökumət komissiyası yaradılmışdır. Təşəbbüsün tətbiqi mexanizmi hökumət komissiyası, mədən hasilatı ilə məşğul olan yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə qeyri-hökumət təşkilatlarının Koalisiyası tərəfindən müəyyənləşdirilmiş və 2004-cü ildə Təşəbbüsün həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. 2007-ci ildə Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə namizəd statusunu almış, 2009-cu ildə həmin qurumun tamhüquqlu üzvü statusunu alan ilk ölkə olmuşdur. Təşəbbüsün icrası üzrə əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu “Dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. 2009-cu ildə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü mükafatı” Azərbaycana təqdim edilmişdir.

Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi sahəsində

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yanında fəaliyyət göstərən işçi qruplarda qeyri-hökumət təşkilatlarının üzvlüyü təmin edilmişdir. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının Məlumat və İnformasiya Şəbəkəsi təsis edilmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Şəbəkəyə üzv olmuşdur. Şəbəkə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə əlaqədar bütün qanunvericilik layihələri üzrə ictimai dinləmələr keçirmişdir. 2004-cü ildən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün icrası məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılmışdır.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı tədbirlərin görülməsi təmin ediləcəkdir:

1. İnformasiya əldə edilməsinin asanlaşdırılması

Görüləcək işlər və nəticə indikatorları

1.1 Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

1.2 İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

1.3 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi
İcra: İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) – 2013-2014-cü illər

2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi

Görüləcək işlər və nəticə indikatorları

2.1 Dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

2.2 Dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.3 Dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.4 Dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

2.5 Dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılması
İcra: mərkəzi icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

2.6 Dövlət orqanlarının internet səhifələrinin müasir standartlara uyğun olaraq vahid nümunəvi formasının və minimum şərtlərinin müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

2.7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısındakı illik hesabatlarında açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verməsi
İcra: Nazirlər Kabineti -2012-2015-ci illər

3. Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

3.1 Rəsmi hüquqi istinad mənbəyi olan Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının mütəmadi yenilənməsi və elektron bazanın daim işlək vəziyyətdə saxlanılması
İcra: Ədliyyə Nazirliyi – mütəmadi

4. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

4.1 Dövlət orqanları tərəfindən ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları – mütəmadi

4.2 Əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2013-cü illər

4.3 İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.)
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

4.4 Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

5. Elektron xidmətlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

5.1 Elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi – mütəmadi

5.2 Dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdikləri elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları – 2013-2015-ci illər

5.3 Dövlət orqanları arasında elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistemin yaradılması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti – 2013-2014-cü illər

5.4 Rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 2013-2014-cü illər

5.5 Regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 2013-2014-cü illər

6. Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

6.1 Dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək üçün maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi – 2013-2014-cü illər

6.2 Maliyyə nəzarəti orqanlarının hesabatlılığının artırılması və həmin orqanlar tərəfindən maliyyə nəzarətinin nəticələri barədə təhlillərin və statistik məlumatların ictimaiyyətə təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi – 2013-2015-ci illər

6.3 Maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət (“e-nəzarət”) sisteminin yaradılması
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi – 2013-2014-cü illər

6.4 Maliyyə nəzarəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi – 2013-2014-cü illər

6.5 Dövlət müəssisələrinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib edilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi – 2013-2014-cü illər

6.6 Yerli büdcənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmlərinə və prosedurlarına dair təkliflər hazırlanması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası – 2013-cü il

6.7 Dövlət büdcəsinin icrası barədə hesabat və müvafiq qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilənədək dərc edilməsi
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi – 2013-2015-ci illər

7. Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

7.1 Vergi ödəyicilərinin zəruri məlumatla təmin edilməsi və vergi ödəyiciləri ilə təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi – 2012-2014-cü illər

7.2 Vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi – 2012-2013-cü illər

7.3 Vergilərin və digər icbari ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi – 2012-2013-cü illər

8. Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

8.1 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda davamlı tətbiqi və inkişafı üçün Azərbaycan Respublikası hökumətinin ölkədə mineral ehtiyatların hasilatı ilə məşğul olan yerli və xarici şirkətlər, habelə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının davam etdirilməsi
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

8.2 Azərbaycan Respublikası hökumətinin mədən sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatların ictimaiyyətə mütəmadi açıqlanmasının davam etdirilməsi
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

8.3 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi üzrə illik hesabatların açıqlanması
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

9. Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

9.1 Fəaliyyət Planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hər il üzrə dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

9.2 Açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

9.3 “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

9.4 Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi
İcra: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

 

Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı

1. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

1.1 Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi (RİA) qaydalarının müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi – 2013-cü il

1.2 Mərkəzi icra hakimiyyəti orqanlarında və normativ xarakterli aktları qəbul edən orqanlarda onlar tərəfindən qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktların layihələrinin sui-istifadəyə (korrupsiyaya) məruz qalmasına dair ekspertizanın həyata keçirilməsinin vahid qaydalarının müəyyən edilməsi
İcra: Ədliyyə Nazirliyi – 2012-ci il

2. Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

2.1 Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “161 – qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, mərkəzə daxil olmuş məlumatlarla əlaqədar operativ tədbirlər görülməsinin təmin edilməsi, daxil olmuş müraciətlərlə bağlı statistik və analitik məlumatların dərc edilməsi
İcra: Baş Prokurorluq – 2012-2015-ci illər

2.2 Dövlət orqanları tərəfindən qaynar xətlərin təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartların müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

2.3 Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2014-cü il

2.4 Korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

2.5 Dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.6 Ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

3. Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

3.1 Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihələrinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi – 2013-cü il

3.2 Korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi – 2013-2014-cü illər

3.3 Korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyin artırılmasına dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq – 2013-2014-cü illər

3.4 Korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin müəyyən edilməsi
İcra: Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi – 2013-2014-cü illər

3.5 Korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq – 2013-2014-cü illər

4. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

4.1 Komissiyanın korrupsiya ilə əlaqədar dövlət orqanlarına göndərdiyi müraciətlər üzrə araşdırma və qiymətləndirmələr keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – mütəmadi

4.2 Fəaliyyət Planının icra vəziyyətinin yoxlanılması məqsədi ilə Komissiyanın monitorinqlər keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – mütəmadi

4.3 Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının keçirilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – mütəmadi

4.4 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin strukturunun təkmilləşdirilməsi, maddi-texniki və kadr təminatının gücləndirilməsi üzrə təkliflər hazırlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, Maliyyə Nazirliyi – 2013-cü il

5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

5.1 İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlər görülməsi
İcra: Baş Prokurorluq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları – 2013-cü il

5.2 İdarənin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi və müvafiq tədbirlər planının qəbul edilməsi
İcra: Baş Prokurorluq – 2012-2013-cü illər

5.3 Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının fəaliyyətinin təkmilləşdirilməsi
İcra: Baş Prokurorluq – 2013-2014-cü illər

6. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

6.1 Azərbaycan Respublikasının “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının Konvensiyasına qoşulması üçün təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Monitorinqi Xidməti – 2013-cü il

6.2 Mənimsənilmiş əmlakın bərpası (asset recovery) üzrə ölkədaxili mexanizmin formalaşdırılması məqsədi ilə normativ hüquqi aktın layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti – 2013-2014-cü illər

6.3 Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərinə aidiyyəti dövlət orqanları tərəfindən nəzarətlə bağlı qaydaların hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti və monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə nəzarət edən dövlət orqanları -2013-cü il

6.4 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılması
İcra: Maliyyə Monitorinqi Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq – 2013-2014-cü illər

6.5 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti, Ədliyyə Nazirliyi – 2013-cü il

7. Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

7.1 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

7.2 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəzdində ixtisaslaşmış (dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə və s. üzrə təlim və tədrisi həyata keçirən) təlim mərkəzinin yaradılması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

7.3 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturunun təkmilləşdirilməsi və maddi-texniki təminatı üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

8. Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması

Görüləcək işlər və nəticə indikatorları:

8.1 Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları- 2012-2014-cü illər

8.2 Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi – 2012-2013-cü illər

8.3 Dövlət orqanlarının nəzdində olan tədris müəssisələri və mərkəzləri tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə təlim modulunun hazırlanması və bu məsələlərlə əlaqədar tədris proqramlarının (etik davranış, maraqlar toqquşması, informasiya azadlığı və s.) təşkili
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-2014-cü illər

8.4 Dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə qaydalarının qəbul edilməsi, qiymətləndirmə sisteminin xüsusi proqram təminatının yaradılması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

8.5 Dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı pilot layihələrin hazırlanması və bununla əlaqədar metodiki qaydaların tərtib edilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

8.6 Dövlət qulluqçularının məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi – 2013-2015-ci illər

9. Maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi

Görüləcək işlər və nəticə indikatorları:

9.1 Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

9.2 Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2015-ci illər

9.3 Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

10. Etik davranış qaydalarının təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

10.1 Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya- 2012-2015-ci illər

10.2 Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya- 2012-2015-ci illər

10.3 Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

10.4 Dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.)
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-cü il

10.5 Etik davranış üzrə tədrisin və treninqlərin təşkili ilə əlaqədar tədris modulunun və minimum şərtlərin müəyyən edilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-cü il

11. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

11.1 Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi – 2013-cü il

11.2 Bələdiyyə qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi – mütəmadi

11.3 Bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi – 2013-cü il

12. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

12.1 Sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyən edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi – mütəmadi

12.2 Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi – 2013-2014-cü illər

12.3 Sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi
İcra: Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi – 2013-cü il

12.4 Qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Ədliyyə Nazirliyi – 2013-cü il

12.5 Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsi
İcra: dövlət tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanları – mütəmadi

12.6 Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanmasının sürətləndirilməsi
İcra: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası -2012-ci il

12.7 Bütün sahələrdə nağd hesablaşmaların həcminin azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması üçün tədbirlər görülməsi
İcra: Nazirlər Kabineti, Vergilər Nazirliyi, Mərkəzi Bank – 2013-2014-cü illər

13. Audit xidmətlərinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

13.1 Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi
İcra: Auditorlar Palatası – mütəmadi

13.2 Beynəlxalq təcrübə nəzərə alınmaqla Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) layihəsinin hazırlanması
İcra: Auditorlar Palatası – 2013-cü il

13.3 Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi, Auditorlar Palatası – 2013-cü il

13.4 Daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Hesablama Palatası, Auditorlar Palatası – 2013-cü il

14. Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

14.1 Elеktrоn dövlət sаtınаlmаlаrının tətbiq edilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-cü il

14.2 Dövlət satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası – 2013-2014-cü illər

14.3 Dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pоzuntulаrınа yоl vеrmiş hüquqi və fiziki şəхslərin gələcəkdə dövlət sаtınаlmаlаrındа iştirаkını məhdudlаşdırаn mехаnizmin yaradılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

14.4 Dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təхirəsаlınmаdаn bахılmаsı üçün müvafiq tədbirlər görülməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

14.5 Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

14.6 Dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

14.7 Satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-cü il

14.8 Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid reyestrinin yaradılması və həmin reyestrin Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları –2013-cü il

15. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

15.1 Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

15.2 Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin elektron xidmət vasitəsilə əldə olunmasının təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

15.3 Daşınmaz əmlakın qeydiyyatı orqanları ilə notariuslar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi – 2013-cü il

15.4 Daşınmaz əmlakın dövlət reyestri ilə digər informasiya sistemləri (məlumat bazaları, məlumat-axtarış bazaları, reyestrlər və s.) arasında mübadilə imkanlarının genişləndirilməsi və informasiya mötəbərliyinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, aidiyyəti dövlət orqanları – 2013-2014-cü illər

16. Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

16.1 Lisenziyaların və icazələrin verilməsi şərtlərinin və müddətlərinin sadələşdirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti – 2012-ci il

16.2 Lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkil olunması
İcra: aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

16.3 Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan ölkələrdə uyğunluq və keyfiyyət sertifikatı almış məhsulların Azərbaycana idxalı zamanı onların yenidən sertifikatlaşdırılması üzrə tələblərin ləğv edilməsinə və ya yüngülləşdirilməsinə dair təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 2013-cü il

16.4 “İcazələrin elektron informasiya portalı”nın fəaliyyətinin təmin və təşviq edilməsi, yeni qəbul olunmuş icazə xarakterli sənədlər barədə məlumatların və qanunvericilik aktlarının layihələrinin portala daxil edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən dövlət orqanları – 2013-cü il

17. Vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin artırılması

Görüləcək işlər və nəticə indikatorları:

17.1 Vergi auditinin seçim prosesinin avtomatlaşdırılması və seçim standartlarının hazırlanması
İcra: Vergilər Nazirliyi – 2013-2014-cü illər

17.2 Kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının işlənib hazırlanması
İcra: Vergilər Nazirliyi – 2013-2014-cü illər

17.3 Vergi ödəyicilərinin zəruri məlumatla təmin edilməsinin və vergi ödəyiciləri arasında təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi – 2012-2013-cü illər

17.4 Vergi Məcəlləsi üzrə korrupsiyaya şərait yaradan hallar üzrə risk təhlilinin aparılması
İcra: Vergilər Nazirliyi – 2013-2014-cü illər

17.5 Vergi bəyannamələrinin təqdim edilmə dövriliyinin azaldılması ilə bağlı təkliflərin verilməsi
İcra: Vergilər Nazirliyi – 2013-cü il

18. Özəlləşdirmə prosesində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

18.1 Hərracların təşkili zamanı elektron idarəetmə sisteminin tətbiq edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

18.2 Vətəndaşların real vaxt rejimində hərraclarda qeydiyyatdan keçməsinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-2014-cü illər

19. Gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

19.1 Gömrük rüsum və tarifləri barədə məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi – mütəmadi

19.2 Gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsinin təmin edilməsi
İcra: Dövlət Gömrük Komitəsi – 2012-2013-cü illər

19.3 Gömrük orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi – 2012- 2013-cü illər

19.4 Gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektləri üçün əlverişli şərait yaradılması
İcra: Dövlət Gömrük Komitəsi – 2013-cü il

20. Şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

20.1 Tikintiyə icazə, tikintiyə nəzarət və tikintinin istismarına icazə ilə bağlı səmərəli inzibati idarəçiliyin yaradılması, bu sahədə “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti – 2013-cü il

20.2 Şəhərsalma və tikinti fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin edilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr – 2013-2014-cü illər

20.3 Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə vətəndaşların maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr – 2013-2014-cü illər

20.4 Şəhərsalma və tikinti fəaliyyəti sahəsində elektron hökumət prinsiplərinin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti – 2013-cü il

21. Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

21.1 Təhsil müəssisələrində imtahan prosesində şəffaflığın artırılması
İcra: Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 2012-2013-cü illər

21.2 Ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması
İcra: Təhsil Nazirliyi – 2012-2013-cü illər

21.3 Müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi
İcra: Təhsil Nazirliyi – 2012-2013-cü illər

21.4 Vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Təhsil Nazirliyi – mütəmadi

21.5 Vakant elan edilmiş yerlərə müəllimlərin işə götürülməsi üçün mərkəzləşdirilmiş və şəffaf əsaslarla imtahanların keçirilməsi
İcra: Təhsil Nazirliyi – mütəmadi

21.6 Müəllimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi – 2013-cü il

21.7 Müəllimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi – 2012-2015-ci illər

22. Səhiyyə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

22.1 Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2013-2014-cü illər

22.2 Həkimlərin etik davranış kodeksinin təşviqatı üzrə treninq və təlimlərin keçirilməsi
İcra: Səhiyyə Nazirliyi – 2013-2014-cü illər

22.3 Vakant həkim yerləri barədə məlumatların Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Səhiyyə Nazirliyi – mütəmadi

22.4 Vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada və şəffaf əsaslarla test və müsahibə üsulu ilə işə götürülməsinin təmin edilməsi
İcra: Səhiyyə Nazirliyi – mütəmadi

22.5 Həkimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflər verilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2013-cü il

22.6 Həkimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2012-2015-ci illər

23. Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

23.1 Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi sahələrinin araşdırılması və bununla bağlı təlimlərin keçirilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət müəssisələri – 2013-2014-cü illər

23.2 Dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitdən, o cümlədən maliyyə yardımlarından səmərəli istifadə ilə bağlı təkliflərin hazırlanması
İcra: İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, dövlət müəssisələri – 2013-2014-cü illər

23.3 Dövlət müəssisələrinin öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və ictimaiyyətə açıqlaması
İcra: dövlət müəssisələri – 2013-2015-ci illər

24. Kommunal xidmətlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

24.1 Elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması
İcra: “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, Dövlət Neft Şirkəti, “Azərsu” ASC – 2013-2014-cü illər

24.2 Elektrik enerjisi, təbii qaz və su istehlakının və buna haqq ödənilməsinin qeydiyyatının aparılmasında avtomatlaşdırılmış mərkəzikompyuter sisteminin tətbiqinin başa çatdırılması
İcra: “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, Dövlət Neft Şirkəti, “Azərsu” ASC – 2013-2014-cü illər

24.3 Hündürmərtəbəli yeni yaşayış binalarının qazla təminatı ilə əlaqədar məsələlərin həll edilməsi
İcra: Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti – 2013-2014-cü illər

24.4 Mənzil-kommunal təsərrüfatı sahəsində islahatların aparılması, o cümlədən bu sahədə göstərilən xidmətlərin normativ və tariflərinin optimallaşdırılması
İcra: Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Tarif (qiymət) Şurası – 2013-2014-cü illər

25. Əmək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

25.1 Qeyri-formal məşğulluğun qarşısının alınması və “kölgə iqtisadiyyatına” cəlb olunmuş işçilərin sosial hüquqlarının təmin edilməsi məqsədi ilə onların əmək fəaliyyətinin leqallaşdırılması üzrə tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti – 2013-2014-cü illər

25.2 Sosial yardım proqramları, sosial xidmətlər göstərilməsi, sosial və işsizlik müavinətləri üzrə daxil olan şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.3 Əmək və sosial təminat sahəsində işçilərin peşəkarlığının artırılmasına və etik davranış qaydalarına dair təlimlərin keçirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2013-2014-cü illər

25.4 Əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.5 Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədlər dairəsinin azaldılması və sənədlərin təqdim edilməsi prosedurununsadələşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.6 Sosial xidmət müəssisələrinin idarəetmə mexanizminin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.7 Sosial xidmət sahəsində dövlət sifarişlərinin ixtisaslaşdırılmış müəssisə və təşkilatlara verilməsi mexanizminin yaradılmasına dair təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

26. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

Görüləcək işlər və nəticə indikatorları :

26.1 Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) – 2012-2015-ci illər

26.2 Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) – 2012-2015-ci illər

26.3 Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi
İcra: Vergilər Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-2015-ci illər

27. Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

27.1 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) –2012-2015-ci illər

27.2 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi və birgə layihələrin həyata keçirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Kоmissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası – 2012-2015-ci illər

28. Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə

Görüləcək işlər və nəticə indikatorları:

28.1 Fəaliyyət planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hər il üzrə dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

28.2 Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

28.3 Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

28.4 Ali və orta ixtisas məktəblərinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının nəzərdə tutulması
İcra: Təhsil Nazirliyi – mütəmadi

28.5 Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili
İcra: Təhsil Nazirliyi – mütəmadi

28.6 Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi