İnam İmdad oğlu Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında  təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın Indiana ştatında Richmond High School-da təhsilini davam etdirib.1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsinə qəbul olub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışmışdır. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olmuşdur.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda  (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilmişdir.

Paris (Sorbonne) Universitetindən hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi almışdır.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki uşağı var.

Əlaqə nömrəsi: 444-74-44
E-mail: info@asan.gov.az