Sarvan Elxan oğlu Cəfərov 28 oktyabr 1985-ci ildə anadan omuşdur.

1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili almışdır.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

01 noyabr 2012-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyir.

Rus və ingilis dillərini bilir.

Evlidir, bir uşağı var.