word_32_32

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş tədbirlərin (2013-cü il üzrə) icrası ilə bağlı

Hesabat

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu” təsdiq edilən Dövlət Agentliyinin gərgin fəaliyyət göstərdiyi 2013-cü ildə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, yenilik, müasirlik amillərinin cəmləşdiyi bir məkan kimi layihələndirilən “ASAN xidmət” mərkəzlərinin açılışları həyata keçirilmiş və həmin məkanlardan vətəndaşlara xidmət göstərilməklə vətəndaş məmnunluğu təmin olunmuşdur. Ümumilikdə 2013-cü il ərzində “ASAN xidmət” mərkəzlərinə vətəndaşlardan 913.337 müraciət daxil olmuş, onlardan 766.119-u təmin edilmişdir.

 Hesabat ili ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmiş açılış mərasimlərindən sonra 15 yanvar 2013-cü il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, 15 may 2013-cü il tarixində Sumqayıt “ASAN xidmət” mərkəzi, 3 iyun 2013-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzi, 25 sentyabr 2013-cü il tarixində 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və 24 dekabr 2013-cü il tarixində isə Gəncə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır.

 “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların xidmətlərdən istifadəsi 3 iyun 2013-cü il tarixindən 4 dekabr 2013-cü il tarixədək 37 rayon üzrə 21 məntəqədə fəaliyyət göstərən və xüsusi avadanlıq ilə təmin edilən səyyar avtobuslar vasitəsilə həyata keçirilmişdir. “Səyyar ASAN 1” və “Səyyar ASAN 2” şərti adları ilə səyahət edən səyyar avtobuslarda vətəndaşlara 5 dövlət orqanının 8 xidməti göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi”, “ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi” və “sürücülük vəsiqələrinin dəyişdirilməsi”, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq kadastrı məlumatları barədə arayışların verilməsi”, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən “əmək pensiyalarının təyin edilməsi”, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “daşınmaz əmlakın  yüklülüyünə dair dövlət reyestrindən arayışların verilməsi” və “mənzillər üzərində ilkin qeydiyyat istisna olmaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi”, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “notariat” xidmətləri həyata keçirilmişdir. Ümumilikdə 37 rayonun əhalisi üçün 21 məntəqədə xidmət göstərilməsi bağlı 49.935 müraciət təmin edilmişdir.

 

 

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı” üzrə:

 

  1. İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi istiqamətində aparılan araşdırmalar dövlət orqanlarının informasiya sistemləri və informasiya ehtiyatlarının qarşılıqlı istifadəsinin ölkə çapında təmin edilməsi üçün ilkin mərhələdə normativ bazasının yaradılması ehtiyacını ortaya qoymuşdur. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanının 2.2-ci bəndi ilə müəyyən edilən dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi ilə bağlı təkliflərin verilməsi tapşırığı da nəzərə alınaraq Dövlət Agentliyi və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə “Dövlət informasiya sistemləri və ehtiyatları haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsi hazırlanmışdır. Qeyd edilən layihənin qəbulu eyni zamanda ölkədə mövcud dövlət xidmətlərinin siyahısının müəyyən edilməsi, vahid sistem üzrə elektronlaşdırılması, vahid infrastruktur istifadə edilərək inteqrasiyası və qarşılıqlı istifadəsinin normativ əsasının təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Bununla yanaşı dövlət orqanlarının məlumat bazalarının elektronlaşdırılması, qarşılıqlı inteqrasiyası və real vaxt rejimində istifadəsinin təmin edilməsi istiqamətində aparılan işlər davam etdirilir, verilən təkliflər dəstəklənir. Bu baxımdan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaklar barədə sərəncamların verilməsi haqqında əqdlərin təsdiqlənməsi üçün notariat orqanlarına arayışın daşınmaz əmlakın dövlət reyestrindən real vaxt rejimində verilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və notarial əməliyyatlarının aparıldığı informasiya sisteminin məlumatlarının avtomatlaşdırılmış qaydada qarşılıqlı mübadiləsi, bununla da vətəndaşların yaranmış əmlak hüquqlarını dövlət reyestrində çevik qeydiyyata almaqla səmərəli təminat mexanizminin yaradılması istiqamətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən layihə müsbət qiymətləndirilmiş və dəstəklənmişdir.

  1. Agentlikdə ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində cari il ərzində pilot layihə çərçivəsində tətbiq edilən elektron sənəd dövriyyəsi sistemi özünü doğrultmuş və uzun müddətli tətbiqinə qərar verilmişdir. Belə ki, Dövlət Agentliyi bütün fəaliyyət sahələrində olduğu kimi müraciət və məktubların cavablandırılması xidmətinin də innovativ üsullarla, müasir texnologiyadan istifadə edilməklə göstərilməsinə üstünlük verir. Dövlət Agentliyində təşkil edilən elektron sənəd dövriyyəsi sistemi vasitəsilə müxtəlif mənbələrdən daxil olan rəsmi, elektron məktub və müraciətlər operativ icra edilir. Elektron sənəd dövriyyəsi şöbəsi mövcud sistemi istifadə edərək asan@asan.gov.azinfo@asan.gov.az vasitəsilə elektron qaydada qəbulu həyata keçirilən müraciətlərin cavablandırılması mexanizminə də nəzarət edir. Bu istiqamətdə mövcud qanunvericiliyin tətbiqi və daxildə mexanizmin dəqiq müəyyən edilməsi məqsədi ilə 10 aprel 2013-cü il tarixli əmr ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində sənədlər və müraciətlərlə işin aparılması Qaydaları” təsdiqlənmişdir. 2013-cü ilin aprel ayından elektron sənəd dövriyyəsi proqramının pilot istifadəsinə başlanmışdır. Hazırda Dövlət Agentliyinə daxil olan rəsmi müraciətlər, məktublar və asan@asan.gov.azinfo@asan.gov.az e-mail ünvanları vasitəsilə daxil olan elektron müraciətlər elektron sənəd dövriyyəsi proqramına inteqrasiya olunur və icraçılar tərəfindən bu proqram vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavablandırılır.

2013-cü il ərzində Dövlət Agentliyinə ümumilikdə 1.068 rəsmi müraciət, 7.915 elektron müraciət daxil olmuş və cavablandırılmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 52 rəsmi müraciət, 237 elektron müraciət, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 89 rəsmi müraciət, 195 elektron müraciət, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 16 rəsmi müraciət, 65 elektron müraciət, Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 57 rəsmi müraciət, 153 elektron müraciət cavablandırılmışdır.

                 Dövlət Agentliyində mütəmadi olaraq vətəndaşların qəbulunun təşkili məqsədilə 14 fevral 2013-cü il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində vətəndaşların qəbulu Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalara əsasən Dövlət Agentliyinin rəhbər şəxslərinin qəbul günləri müəyyən edilmiş və rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanmışdır. Həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər vətəndaşlar Elektron sənəd dövriyyəsi şöbəsinin Vətəndaşların qəbulu işinin təşkili sektorunda qəbul edilir və onların istəyinə uyğun olaraq vəzifəli şəxslərin qəbulu təşkil edilir.          

                 Vətəndaşlardan, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlər, o cümlədən keçirilmiş rəy sorğuları vasitəsilə daxil olan təklif və şikayətlər barəsində aparılan işlərin vahid mexanizmini təmin etmək üçün yuxarıda qeyd edilən hüquqi aktlardan əlavə 11 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət”  mərkəzlərində rəy sorğularının keçirilməsi Qaydaları” və  “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət”  mərkəzlərində rəy sorğularının keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmiş və bütün “ASAN xidmət” mərkəzlərində vətəndaşların şikayət və təkliflərini qəbul etmək üçün “Şikayət və təkliflər jurnalı” açılmışdır. Bu istiqamətdə aparılan fəaliyyətin növbəti mərhələsində Dövlət Agentliyinin fəaliyyət istiqamətləri və “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı ictimai rəyin öyrənilməsinin, təkliflərin qəbul edilməsinin və qiymətləndirilməsinin təmin edilməsi məqsədilə 4 dekabr 2013-cü il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2014 - 2016-cı illər üzrə İctimai rəyin öyrənilməsi üzrə Strategiya” təsdiq edilmişdir.

Hesabat dövrü ərzində keçirilmiş 7 rəy sorğusunda 25.000-dən çox insan iştirak etmişdir. Vətəndaşlardan daxil olan təklif və ideyaların qəbulu, təhlili və idarə edilməsi ilə bağlı bir çox qabaqcıl beynəlxalq təcrübə araşdırılmışdır. İlkin olaraq ideyaların reyestri hazırlanmış və İdeya Bankı avtomatlaşdırılmışdır. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan ideya və təkliflərin reyestri haqqında Qaydalar” təsdiq edilmişdir. Dövlət Agentliyinin internet səhifəsində “İdeya bankı guşəsi” yaradılmışdır. Hazırda istər Dövlət Agentliyinin əməkdaşları, istər digər dövlət qulluqçuları və ya vətəndaşlardan fəaliyyətin təkmilləşdirilməsi və nöqsanların ortadan qaldırılması, yeni tətbiqlər və imkanlar haqqında mövcud banka ideya və təklif girişi avtomatlaşdırılmış formada təmin edilməkdə və qiymətləndirilməkdədir. 2013-cü il ərzində İdeya bankında 1060 sayda daxil olan ideya və təkliflərin tətbiqi orqanın fəaliyyətində əldə etdiyi uğurları artırdığı kimi, vətəndaşların da idarəetmədə iştirakını təmin etməklə informasiya cəmiyyətinə keçiddə rol almalarını təşviq etmişdir. İdeyası seçilmiş və tətbiqedilmiş müəlliflərin Dövlət Agentliyində 2 dəfə sertifikatlarla təltif olunma mərasimi təşkil edilmişdir. Hazırda İdeya Bankının internet səhifəsi, ideya bankı üçün şüarlar və bundan irəli gələrək hər bir “ASAN xidmət” mərkəzində nümayiş etdirilməsi üçün Roll-uplar hazırlanır.

Şəxslərin “ASAN xidmət” mərkəzlərinə gəlmədən telefon, sosial şəbəkələr və onlayn əlaqə vasitəsilə mərkəzlərdə göstərilən bütün xidmət növləri və tələb edilən sənədlər barədə məlumat alması, növbə tutulması, mərkəzlərin fəaliyyəti ilə bağlı şikayət və təkliflərin verilməsi, müraciətlərin qəbulu, baxılması və operativ cavablandırılması, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətini həyata keçirən “108” nömrəli “Çağrı” mərkəzi 1 fevral 2013-cü il tarixində Dövlət Agentliyinin struktur bölməsi kimi fəaliyyətə başlamışdır. “Çağrı” mərkəzi eyni zamanda Dövlət Agentliyinin “Qaynar xətt” funksiyasını da yerinə yetirir. Vətəndaş müraciətlərinin “Çağrı” mərkəzi tərəfindən qəbulu və cavablandırılması prosesinin keyfiyyətlə həyata keçirilməsi üçün şöbənin əməkdaşlarının beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində keçirilmiş tədbirlərdə iştirakı təmin edilmişdir. 2013-cü il ərzində “Çağrı” mərkəzinə 139.246 vətəndaş zəngi daxil olmuş və operatorlar tərəfindən cavablandırılmışdır.

  1. Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması istiqamətində dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı 16 aprel 2013-cü il və 4 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə Dövlət Agentliyinin ümumilikdə 12 vakant vəzifəsi ilə bağlı müsabiqə və ümumi müsahibə, 30 sentyabr 2013-cü il tarixində 3 vakant vəzifəsi ilə bağlı daxili müsahibə elan edilmişdir.

                 16 aprel 2013-cü il tarixində elan olunmuş müsabiqəyə  6 vakant yer çıxarılmış və 20 namizəd uğur qazanmışdır. Onlardan 9 nəfəri Dövlət Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində vəzifələrə təyin olunmuş, 11 nəfəri isə ehtiyat kadr siyahısına daxil edilmişdir.

     30 sentyabr 2013-cü il tarixində 3 vakant vəzifə ilə bağlı elan edilən daxili müsahibədə Dövlət Agentliyinin 3 əməkdaşı uğur qazanaraq daha yüksək vəzifələrə təyin edilmişdir.

     4 oktyabr 2013-cü il tarixində 6 vakant vəzifə ilə bağlı elan edilən müsabiqə üzrə test imtahanı mərhələsi başa çatmışdır. Hazırda müsahibə mərhələsi davam etməkdədir.

              Dövlət Agentliyində dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədi ilə təlim tələbatının müəyyənləşdirilməsi, təlimlərə cəlb edilmə, təlimlərin təşkil edilməsi, təlimi başa vurduqdan sonra təlim prosesində əldə edilən biliklərin qiymətləndirilməsi, o cümlədən təlimçilərin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin tənzimlənməsi üçün “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2014-2016-cı illər üzrə Təlim Strategiyası” və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində təlimlərin keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalara əsasən Dövlət Agentliyində işə başlayan hər bir əməkdaş və mərkəzlərə təyin olunan hər bir dövlət orqanı əməkdaşı üçün təlim qovluğu tərtib edilir və iştirak etdiyi bütün təlimlərin qovluğa qeydiyyatı aparılır.

            Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsi tərəfindən dövlət qulluqçularına peşə üzrə praktiki və nəzəri biliklərinin artırılması və davranışın təkmilləşdirilməsi məqsədi ilə təlimlər keçirilmişdir. Qeyd olunan təlimlər insan kapitalının peşəkarlığının və fərdi keyfiyyət xüsusiyyətlərinin inkişaf etdirilməsinə, peşəkar kadrların hazırlanmasına, könüllülərin və gənc kadrların müasir idarəetmənin xüsusiyyətləri, təşkilati mədəniyyət, protokol qaydaları, liderliyin vacib xüsusiyyətləri barədə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsinin təmin edilməsinə və onları səmərəli əmək fəaliyyətinə hazırlanmasına, idarəetmədə İSO 9001:2008 keyfiyyət standartlarına dair biliklərin formalaşdırılmasına yönəlmişdir.

Ümumilikdə 2013-cü il ərzində təşkilat daxilində həyata keçirilən 183 təlimdə 3.126 nəfər iştirak etmişdir. “Etik davranış qaydaları, işgüzar etiket” mövzusunda - 31 təlim (563 iştirakçı), “Stressin idarə olunması” mövzusunda – 33 təlim (535 iştirakçı), “Münaqişəli halların idarə olunması” mövzusunda – 17 təlim (342 iştirakçı), “Vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları” mövzusunda - 18 təlim (361 iştirakçı), “Səmərəli xidmətdə ünsiyyətin, kütlə psixologiyasının və sosial həssaslığın rolu” mövzusunda - 31 təlim (512 iştirakçı), “Vahid məlumatlandırma” – 22 təlim (142 iştirakçı), “Təmsil sistemləri və qeyri-verbal ünsiyyət” mövzusunda – 11 təlim (387 iştirakçı), “İSO 9001:2008 Keyfiyyət Standartlarına uyğun olaraq idarəetmə qabiliyyətlərinin və peşəkarlığın artırılmasına yönələn təlimlər” mövzusunda 29 təlim (242 nəfər) keçirilmişdir.

Bu çərçivədə Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçularının xarici dil üzrə biliklərinin artırılması istiqamətində 42 əməkdaş xarici dil kursuna cəlb edilmişdir.

            Bununla yanaşı Dövlət Agentliyi qəbul edilməsi nəzərdə tutulmuş dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə dair qaydaların hazırlanması istiqamətində aparılan görüşmələrdə yaxından iştirak etmiş və təkliflərlə çıxış etmişdir.

  1. Etik davranış qaydalarının təkmilləşdirilməsi və maraqların toqquşmasının qarşısının alınması istiqamətində Dövlət Agentliyi tərəfindən etik davranış üzrə tədrisin və treninqlərin təşkili ilə əlaqədar illik tədris modulları müəyyən edilmişdir. Dövlət qulluqçuları və mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşlarına “Etik davranış”, “Korporativ mədəniyyət” və “Maraqlar toqquşmasının qarşısının alınması” mövzularında keçirilmiş 31 təlimdə ümumilikdə 563 nəfər iştirak etmişdir. Etik davranış məsələləri ilə bağlı hazırlanmış illik hesabat aidiyyəti üzrə nəzarət orqanına təqdim edilmişdir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Dövlət Agentliyi mərkəzlərdə qulluq keçən digər dövlət orqanı əməkdaşlarının etik davranış qaydalarına əməl olunması istiqamətində nəzarət orqanı funksiyasını yerinə yetirir. Dövlət Agentliyi nəzarət orqanı olaraq mərkəzlərdə qulluq keçən digər dövlət orqanı əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir, etik davranış qaydalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul edir və daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və  təqdimatlar verir.

Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması məqsədilə Dövlət Agentliyində 21 dekabr 2012-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları” ilə yanaşı, 6 iyun 2013–cü il tarixində “ASAN xidmət” mərkəzlərində fəaliyyətin tənzimlənməsi və davranış Qaydaları” və 11 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində daxili auditin təşkili və aparılması Qaydaları” təsdiq edilmişdir.

2013-cü il ərzində mərkəzlər üzrə cəmi 98 etik şikayət qeydə alınmışdır. Mərkəzlərdə nöqsan hallarına yol vermiş əməkdaşlar barəsində müvafiq arayışlar tərtib olunmuş, həmin halların bir daha təkrarlanmaması üçün pozuntuya yol verən əməkdaşlara ciddi xəbərdarlıq edilmişdir. Ümumilikdə mərkəzlərdə baş vermiş pozuntu halları ilə əlaqədar olaraq 18 arayış, hadisənin baş verməsi ilə bağlı 9 akt tərtib edilmiş, 2 nəfər dövlət orqanı əməkdaşına isə yazılı xəbərdarlıq olunmuşdur.

Vətəndaşların etik davranış məsələləri ilə bağlı Dövlət Agentliyinə müraciət etmə imkanlarının artırılması və bu istiqamətdə tətbiq edilən hüquqi aktlar ilə tanış olmaları üçün Dövlət Agentliyinin rəsmi internet saytında “Etik davranış” bölməsi yaradılmışdır.

  1. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət və əməkdaşlığın davam etdirilməsi baxımından bu sahədə beynəlxalq qurum olan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı”nın (OECD) nümayəndələri ilə 6 iyun 2013-cü il tarixində görüş keçirilmiş və onlar 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə əyani şəkildə tanış olmuşlar. Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərindən sistem xarakterli islahatlar çərçivəsində qiymətləndirilən mərkəzlərin fəaliyyəti bu sahədə böyük irəliləyişə nail olmaq üçün imkan yaratmıştır. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış “ASAN xidmət” bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. Bir il kimi qısa müddət ərzində bu xidmətə səkkiz yüz mindən artıq vətəndaşın müraciət etməsi “ASAN xidmət” brendi altında formalaşan şəbəkənin gələcəkdə daha da genişlənəcəyinə əsas verir.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlər davam etdirilir. Belə ki, 5 iyun 2013-cü il tarixində OECD-nin İstanbul Fəaliyyət Planı çərçivəsində ölkəmizdə keçirilən müvafiq iclaslarında Dövlət Agentliyinin də nümayəndələriiştirak etmiş, Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri barədə geniş məlumat verilmiş, OECD ekspertlərinin sualları cavablandırılmışdır.

  1. Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 2013-cü ilin aprel ayında Dövlət Agentliyinin də təşəbbüsü ilə İctimai Şura yaradılmışdır. İctimai Şurada Azərbaycan İnternet Forumu, Konstitusiya Araşdırmaları Fondu (KAF), Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və digər bir neçə qeyri hökumət təşkilatları təmsil olunur. “2013 – 2015-ci illər dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin 12 iyul 2013-cü il tarixində İctimai Şuranın da iştirakı ilə ictimai müzakirəsi keçirilmişdir.

Dövlət Agentliyi tərəfindən fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı vətəndaş cəmiyyəti institutları ilə birgə layihələrin gələcək illərdə həyata keçirilməsi  nəzərdə tutulur.

  1. Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində mütəmadi olaraq Dövlət Agentliyinin fəaliyyəti ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər ilə bağlı televiziya və radio proqramlarında çıxışlar edilir, Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin yaradılması kontekstində şəffaflıq, operativlik, nəzakətlilik və rahatlıq prinsipləri vurğulanır, “ASAN xidmət” mərkəzlərində korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar qeyd edilir.

Dövlət Agentliyi tərəfindən dövlət qulluqçularına etimadın artırılması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmini məqsədi ilə mütəmadi təbliğat işi aparılmışdır. Belə ki, 100.000-dən çox istifadəçisi olan “ASAN xidmət”-in facebook səhifəsində ictimai etimadın artırılması məqsədilə sosial şəbəkə vasitəsilə vətəndaşlardan daxil olan 22.690 müraciət cavablandırılmış, vətəndaşların maraqlarını əhatə edən sorğular keçirilmiş və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini əks etdirən, vətəndaş məmnunluğunu əks etdirən fotolar və videolar yerləşdirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhaliyə ödənişsiz paylanması məqsədilə

 

 

 

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı” üzrə:

 

  1.  İnformasiya əldə edilməsinin asanlaşdırılması istiqamətində Dövlət Agentliyinin tərkibində yaradılan “Çağrı” mərkəzinin fəaliyyəti xüsusilə fərqlənmişdir. Belə ki, vətəndaşların informasiya əldə etməsi onlara bilavasitə xidmət göstərən 108 vahid telefon nömrəsinin fəaliyyəti, www.asan.gov.az internet saytı üzərindən onlayn əlaqə, mərkəzlərdə quraşdırılmış şikayət köşkləri vasitəsilə həyata keçirilən videoqəbul vasitəsilə daha da asanlaşdırılmışdır. Belə ki, vətəndaşlar mərkəzlərə gəlmədən xidmətlər ilə bağlı informasiya əldə etmək, aldıqları xidmətlər ilə bağlı məmnunluqlarını, şikayətlərini və ya müşahidə etdikləri nöqsanları çatdırmaq üçün “Çağrı” mərkəzinə zəng edə bilərlər. Bununla yanaşı mərkəzlərdə quraşdırılmış xüsusi avadanlıq - şikayət köşkləri vasitəsilə “Çağrı” mərkəzi ilə birbaşa əlaqə yaratma imkanı təmin edilmişdir. “Çağrı” mərkəzi eyni zamanda rəsmi internet saytı üzərindən onlayn əlaqə vasitəsilə vətəndaşların suallarını cavablandırma, irad və təkliflərini qəbul etmə imkanına sahibdir. Bu vasitə ilə cari il ərzində 9.391 vətəndaş ilə onlayn əlaqə həyata keçirilmişdir. Vətəndaşların mərkəzlər və mərkəzlərdə göstərilən xidmətlər barəsində məlumatlandırılması üçün sosial şəbəkələrdən də (Facebook, Twitter) geniş istifadə olunur. Mütəmadi olaraq sosial şəbəkələr məsul şöbələr tərəfindən izlənilir, vətəndaşların müraciətləri cavablandırılır.
  2.  Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi istiqamətində Dövlət Agentliyi öz fəaliyyəti, tətbiq etdiyi yeniliklər, beynəlxalq və yerli qurumların mərkəzlərə səfərləri barədə məlumatları, foto və videoları mütəmadi şəkildə yenilənmiş əsaslarla rəsmi internet səhifələrində (www.asan.gov.az, www.vxsida.gov.az)  yerləşdirir.

Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri vasitəsilə vətəndaşlara göstərdiyi xidmətlər və həmin xidmətlər üzrə nəzərdə tutulan rüsumlar haqqında məlumatların yer aldığı reflet, buklet və broşurlar tərtib edilərək əhaliyə paylanmış və müntəzəm ictimaiyyətə çatdırılmanın təmin edilməsi məqsədi ilə inzibati binanın daxilində və xaricində müvafiq yerlərə roll-uplar yerləşdirilmişdir.

Dövlət Agentliyi öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında aşağıdakı tədbirləri həyata keçirmişdir:

  1. 4 may 2013-cü il tarixində Sumqayıt “ASAN xidmət” mərkəzində, 5 iyun 2013-cü il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində mətbuat konfransı keçirilmişdir;
  2. Səyyar ASAN xidmətlərin həyata keçirildiyi Şirvan, Sabirabad, Salyan, Abşeron, Quba, Şamaxı, İsmayıllı rayonlarında müvafiq olaraq – 3 iyun, 17 iyun, 4 iyul, 29 may, 7 iyun, 27 iyun və 18 iyul tarixlərində ictimaiyyətin məlumatlandırılması məqsədilə mətbuat orqanlarına müsahibələr verilmişdir;
  3. Cari ilin avqust ayında Səyyar “ASAN xidmət” Qəbələ, Kürdəmir, Ağcabədi, (Ağcabədi, Ağdam), Lənkəran (Lənkəran, Lerik) rayonlarında, sentyabr ayında Yevlax (Mingəçevir, Yevlax), Masallı (Masallı, Yardımlı), Cəlilabad rayonlarında (Biləsuvar, Cəlilabad), oktyabr ayında İmişli rayonunda, Şəki şəhərində (Şəki, Oğuz), Ucar rayonunda (Ucar, Zərdab), noyabr ayında Mingəçevir (Mingəçevir, Yevlax), Ağdaş (Göyçay, Ağdaş), Bərdə (Bərdə, Tərtər), Beyləqan (Beyləqan, Füzuli)  rayonlarında xidmət göstərmiş və öncədən fəaliyyət istiqaməti və fəaliyyət göstərdiyi rayonlar barəsində Dövlət Agentliyinin rəsmi facebook səhifəsində məlumat verilmiş, veb saytda mütəmadi olaraq press relizlər, o cümlədən “no komment” başlığı altında videolar yerləşdirilmiş və mövzu kütləvi informasiya vasitərində işıqlandırılmışdır;
  4. Cari ilin sentyabr ayında 3 Saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışına dair mətbuat konfransı keçirilmişdir.

2013-cü il ərzində Dövlət Agentliyinin fəaliyyətini tənzimləyən, anlaşılan sadə dildə yazılmış “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərə dair Tələblər”, “ASAN xidmət” mərkəzləri barədə ümumi məlumatları əks etdirən kitabçalar, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər” haqqında və “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumları” məlumat xarakterli broşurlar çap edilərək əhaliyə mütəmadi paylanır.

“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər, onlar barədə məlumatlar, tələb olunan sənədlər, xidmətlərə aid rüsumlar barədə məlumatlar asan.gov.az rəsmi internet səhifəsində yerləşdirilmişdir.

  1. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi istiqamətində ictimai əhəmiyyət kəsb edən layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi növbəti illər üçün nəzərdə tutulmuşdur.

Dövlət Agentliyi tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün 12 aprel 2013-cü il tarixli “Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura” yaradılmışdır. Dövlət Agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura arasında 12 iyul 2013-cü il tarixində “2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi mövzusunda görüş keçirilmişdir. Tədbirdə “2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin təqdimatı da keçirilmişdir.

Dövlət Agentliyində ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək məqsədilə web-səhifələrdə online chatting sorğular vasitəsilə ictimai müzakirələr keçirilir. İctimaiyyətin irad, təklif və ideyaları qərarların qəbul edilməsi prosesində istifadəsi məqsədilə Dövlət Agentliyi tərəfindən təhlil olunur və emalı aparılır. Bütün bunlara əlavə olaraq, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması məqsədilə 100.000-dən çox istifadəçisi olan “ASAN xidmət”in facebook səhifəsindən də istifadə edilir.

Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini əks etdirmək, vətəndaş cəmiyyəti institutlarını onun fəaliyətində iştiraka cəlb etmək məqsədilə “Açıq qapı” vətəndaş forumları istiqamətində 19 fevral 2013-cü il tarixində Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri ilə, 25 fevral 2013-cü il tarixində bank nümayəndələri, 7 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) təşkil etdiyi “Bələdiyyələrin rəhbər heyəti üçün ixtisasartırma kursu”nun professor-müəllim heyəti və bələdiyyə rəhbərləri ilə, 13 mart 2013-cü il tarixində “İrəli” İB-nin fəalları ilə, 10 aprel 2013-cü il tarixində Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin bir qrup müəllim heyəti ilə, 11 aprel 2013-cü il tarixində Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) üzv-dövlətlərinin səfirlərindən ibarət nümayəndə heyəti ilə, 18 may 2013-cü il tarixində Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin bir qrup hakimindən ibarət nümayəndə heyəti ilə,  13 iyun 2013-cü il tarixində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri ilə, 5 sentyabr 2013-cü il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin müavini  Derek C.Hoqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə, 7 noyabr 2013-cü il tarixində Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə, 20 noyabr 2013-cü il tarixində  Türkiyə Vəkillər Kollegiyaları Birliyinin Rəyasət Heyətinin üzvləri İzzət Varan, Kürşad Karacabey və birliyin təmsilçisi Səidə Ekmendən ibarət nümayəndə heyəti ilə, 26 noyabr  2013-cü il tarixində  Dünya Bankının Avropa və Mərkəzi Asiyada Dövlət sektorunun İnkişafı bölməsinin rəhbəri Adrian Fozzardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə, 27 noyabr 2013-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı Daimi nümayəndəliyinin Əməliyyatlar şöbəsinin müdiri Federiko Bernanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində tanışlıq görüşləri keçirilmiş, Dövlət Agentliyi və mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmişdir.

  1. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Agentliyinin 11 yanvar 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na əsasən elektron xidmətlərdən istifadə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 22 yanvar 2013-cü il tarixindən 19 iyul 2013-cü il tarixədək Azərbaycan Respublikasının 40 dövlət orqanı tərəfindən göstərilən hər bir elektron xidmətin qiymətləndirilməsi həyata keçirilmiş, bu haqda ictimaiyyətə Dövlət Agentliyinin rəsmi internet səhifəsində məlumat verilmişdir. Bu zaman dövlət orqanları tərəfindən göstərilən hər bir elektron xidmət üzrə qiymətləndirmənin həyata keçirildiyi tarixdən əvvəlki 1 il üçün "Həyata keçirilən elektron xidmətlərdən istifadə edənlərin sayı barədə məlumat" rüblər üzrə toplanmış, əhali tərəfindən çox və az istifadə edilən elektron xidmətlər müəyyən edilmişdir. Aparılan qiymətləndirmələrin nəticəsində ilkin mərhələdə həmin orqanlara mövcud İKT infrastrukturlarının vəziyyəti və elektron xidmətlərin təşkili səviyyəsini əks etdirən rəylər təqdim edilmişdir. Qeyd edilən rəylərdə eyni zamanda mövcud nöqsan və çatışmazlıqlar göstərilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Növbəti mərhələdə nəticələrin ictimaiyyətə açıqlanması, mövcud vəziyyətin mütəmadi təhlili və çatışmazlıqların ortadan qaldırılma səviyyələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Uyğun praktikanın növbəti il üçün keçiriləcək qiymətləndirmədə də tətbiq edilməsi və xidmətlərdən istifadə vəziyyətinin mütəmadi izlənməsi nəzərdə tutulur.

Xidmətlərin elektronlaşması ilə bağlı dövlət orqanlarına göndərilmiş rəylərdə xüsusilə aşağıdakı məsələlər ilə bağlı tövsiyələrə yer verilmişdir:

  1. Xidmətlərin elektronlaşması işinin tam başa çatdırılması, “Elektron xidmət növlərinin Siyahısı” ilə müəyyən olunmuş xidmətlərin hər birinin elektron formada təqdim edilməsi üçün tədbirlər görülməsi (Vətəndaşlar üçün funksional əhəmiyyətli olan xidmətlərin müəyyənləşdirilməsi və ilk növbədə həmin xidmətlərin elektronlaşdırılması üçün tədbirlərin görülməsi);
  2. Elektron xidmətlərin göstərilməsi prosesinin (müraciətlərin qəbulu, icraçılara çatdırılması və cavablandırılması, elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin məlumat almaq imkanı) tam avtomatlaşdırılması;
  3. Xidmətlərin “e-gov” Elektron Xidmətlər Portalına inteqrasiya olunması və mövcud informasiya sistemlərinin kompleks şəkildə formalaşdırılması işlərinin başa çatdırılması, digər informasiya sistemləri ilə məlumat mübadiləsi imkanlarının təmin olunması (o cümlədən, daxili informasiya ehtiyatlarının tam qarşılıqlı inteqrasiyasının təmin edilməsi);
  4. Elektron xidmətlərin göstərilməsini təmin edən İT infrastrukturunun tələblərə uyğunlaşdırılması (server otağı), server və şəbəkə avadanlıqlarının, məlumat bazalarının fəaliyyətini real vaxt rejimində izləməyə imkan verən monitorinq sistemlərinin qurulması və aidiyyəti struktur bölmələrin əməkdaşları tərəfindən sistemlərin monitorinqinin aparılması;
  5. Xidmətlər üzrə istifadə qaydaları haqqında dolğun, aktual və düzgün məlumat əldə etmək imkanlarının təmin edilməsi, istifadəçilərə xidmətin məzmunu, göstərilməsinin nəticəsi, tələb olunan sənədlər və onların təqdim olunma forması, qeydiyyat qaydaları, sorğunun icrası və s. haqqında ətraflı məlumatların təqdim edilməsi;
  6. Xidmətlərin göstərilməsi zamanı elektron imzanın tətbiqi;
  7. Elektron xidmətlərdən istifadənin asanlaşdırılması və kütləviləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi;
  8. İstifadəçilər tərəfindən daxil edilən məlumatların doğruluğunun yoxlanılması üçün tədbirlərin görülməsi;
  9. Hər bir elektron xidmət üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın 1 nömrəli Əlavəsinə uyğun inzibati reqlamentlərin hazırlanması və təsdiq edilərək istifadəçilərə təqdim edilməsi.

Hazırda qiymətləndirmənin nəticələri nəzərə alınaraq Qiymətləndirmə qaydalarının təkmilləşdirilməsi və 2014-cü il üçün Tədbirlər Planının hazırlanması üzrə işlər davam etdirilir.

26 Sentyabr 2013-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Elektron xidmətlər: çevik və səmərəli idarəçiliyin mütərəqqi modeli” mövzusunda dəyirmi masa keçirilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin , Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının iştirak etdiyi tədbirdə Dövlət Agentliyinin məsul əməkdaşları təmsil etdikləri strukturlarda elektron xidmətlərin vəziyyəti, habelə Elektron Hökumət quruculuğu istiqamətində həyata keçirilən davamlı tədbirlər barədə məlumat vermişlər.

Dövlət Agentliyi tərəfindən rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması və elektron xidmətlərlə bağlı maarifləndirilməsi məqsədilə ölkə ərazisində 37 rayonun əhalisi üçün 21 məntəqədə fəaliyyət göstərən səyyar “ASAN xidmət” avtobusları vasitəsilə tədbirlər həyata keçirilmişdir. Mövzu ilə bağlı yerli mətbuat orqanları vasitəsilə məlumatlandırma aparılmış, elektron xidmətlərdən istifadə imkanları və səyyar xidmətlər barədə KİV nümayəndələrinə müsahibələr verilmişdir. Bir qayda olaraq, bu kimi tədbirlərin iştirakçılarına yazılı məlumat topluları paylanılmışdır.

Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərindəki fəaliyyət istiqamətlərindən biri olan “özünəxidmət” mərkəzdə internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanlarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Xüsusilə regionlarda müvafiq şəbəkənin genişləndirilməsi məqsədi ilə Sumqayıt “ASAN xidmət” mərkəzində 3 ədəd və Gəncə “ASAN xidmət” mərkəzində 4 ədəd özünəxidmət kioskları quraşdırılmış və qeyd edilən kioskların vətəndaşlara tanıdılması, istifadəsi ilə bağlı maarifləndirmə mərkəz əməkdaşları tərəfindən həyata keçirilmişdir. Qeyd edilən şəbəkənin fəaliyyətinin genişləndirilməsi və regionlarda açılacaq mərkəzlərdə geniş şəkildə tətbiqi “elektron hökumət” imkanlarından istifadənin təmin olunması istiqamətində maarifləndirmə işlərinin aparılmasını bilavasitə həyata keçirməklə, növbəti mərhələdə vətəndaşların elektron xidmətlərdən yaşadıqları və ya olduqları yerin imkanlarını istifadə etməklə yararlanmaları üzrə statistikanın artmasına təsir göstərəcəkdir.

e) Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi istiqamətində maarifləndirici materialların nəşri və əhali arasında ödənişsiz paylanması məqsədilə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini, Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin yaradılması kontekstində mərkəzlərdə göstərilən xidmətləri, onlara dair rüsumları əks etdirən məlumat dərgiləri mütəmadi olaraq çap etdirilir və mərkəzlərdə yerləşdirilir.