15 mart 2014-cü il tarixində Azərabaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mədəniyyət strategiyası”nın tədbirlər planına əsasən Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin bir qrup əməkdaşının Dövlət Bayrağı Muzeyinə səfəri təşkil olunmuşdur.

Səfərin məqsədi əməkdaşların Azərbaycan Respublikasının dövlətçilik tarixi və ənənələri, dövlət rəmzləri ilə bağlı bilgiləndirilməsidir. Ziyarət zamanı muzeyin yaradılması, tikintisi və burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

Əməkdaşların xüsusi diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xatirə kitabındakı ürək sözləri, şərqin ilk demokratik respublikasının ilk bayrağının orijinal nüsxəsi və ümumilikdə Dövlət Bayrağı Meydanı Kompleksinin möhtəşəmliyi cəlb etmişdir.