Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mədəniyyət strategiyası”nın həyata keçirilməsinə dair silsilə tədbirlər davam edir.

Həyata keçirilən tədbirlər çərçivəsində 17 və 28 mart 2014-cü il tarixlərində Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin bir qrup əməkdaşının Azərbaycan və dünya incəsənət nümunələri ilə yaxından tanışlığı məqsədi ilə Azərbaycan Dövlət İncəsənət Muzeyinə səfəri təşkil olunmuşdur.  Səfər zamanı əməkdaşlar muzeyin yaradılması və burada nümayiş olunan İtaliya, Flandriya, Hollandiya, Almaniya və Fransa rəssamlarının əsərləri haqqında ətraflı məlumatlandırılmışdır.

Azərbaycan milli incəsənət nümünələri və Flandriya,  İtaliya rəssamlarının əsərləri əməkdaşların xüsusi ilə diqqətini cəlb etmişdir. Marağa səbəb olan əsərlər sırasında  XVI-XIX əsrlərə aid Françesko Covanninin  “Yatmış Endemion” , Leandro Bassano, Françesko Solimena və başqa məşhur Avropa sənətkarların, həmçinin Azərbaycanın XIX-XX əsrlərin görkəmli fırca ustaları Mirzə Qədim İrəvani, Mir Mövsün Nəvvab, Abbas Hüseyn,  Bəhruz Kəngərli və Əzim Əzimzadənin əsərlərini qeyd etmək olar.