8 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin bir qrup əməkdaşı Akademik Milli Dram Teatrında keçirilmiş H.Mirələmovun “Xəcalət” tamaşasını seyr etmişlər.

Tamaşada Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazlar vasitəsilə canlandırılmışdır.