Azərbaycan mədəniyyəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.

Mədəni biliklərin yüksəldilməsi dövlət qulluqçularının iş prosesində fəaliyyətinə təsir göstərən və dünyagörüşünün artırılmasına xidmət edən əsas amillərdən biridir. Belə ki, yüksək mədəni biliyə və dəyərə malik əməkdaş vətəndaş  - məmur münasibətlərində yeni yanaşmanın tətbiq edilməsinə həmçinin, iş fəaliyyətlərində fərqli münasibətlərə  müsbət təsir edəcəkdir.

Bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən növbəti tədbirlərdən biri də 23 may 2014-cü il tarixində Dövlət Agentliyinin bir qrup əməkdaşının Akademik Milli Dram Teatrında keçirilmiş Matey Vişnyakın “Qoca kloun tələb olunur” tamaşasına səfərinin təşkili olunmasıdır.

İkihissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatını, onların faciəli talelərini əks etdirir.