3 iyun  2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri Muzey Mərkəzində xalq rəssamı Aydın Rəcəbovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə xalça rəssamı kimi Aydın Rəcəbovun yaradıcılığından və keçdiyi həyat yolundan bəhs edilib. Aydın Rəcəbovun fərdi sərgiləri Bakıda, Stokholmda və digər şəhərlərdə keçirilmiş və “Soltan Məhəmməd” mükafatına layiq görülüb. Aydın Rəcəbov öz xalça və naxış yaradıcılığında poeziyaya, orta əsr minatür sənətimizin ənənələri və kompozisiya quruluşuna müraciət etməsi onun süjetli xalçalarının əsas mövzu  rəngarəngliyini təşkil edir. Bu qəbildən olan “Şirinin Bisituna gəlməsi”, “Bahar qızı”, “Şərq gözəli”, “Ud ifaçısı”, “Çovqan oyunu” və s. əsərləri göstərmək olar.