30 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına növbəti səfəri təşkil olunub.

Dövlət Agentliyinin əməkdaşları görkəmli dramaturq, şair, ictimai xadim Hüseyn Cavidin (1882-1941) “Topal Teymur” dramı əsasında səhnələşdirilmiş “Əmir Teymur” tamaşasını seyr ediblər. “Topal Teymur” dramı ilk dəfə 1925-ci ildə Bakı və Daşkənddə səhnəyə qoyulub..Dramdakı Əmir Teymur obrazı böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, ticarətin hamisi kimi təqdim olunub.

Tamaşa Dövlət Agentliyi əməkdaşlarının böyük marağına səbəb olub.