Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 15 yanvar 2014-cü il tarixli 1/1-01 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə

 

QAYDALARI

 

{C}1.            Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2.1.7, 3.1.10.3, 4.1.5, 4.1.6 və 4.1.7-ci yarımbəndlərinə uyğun olaraq hazırlanmışdır və dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin aparılması prosedurlarını tənzimləyir.

1.2. Hər bir dövlət orqanı xidmət istifadəçilərinə yüksək keyfiyyətli xidməti həyata keçirmək məqsədi ilə göstərdiyi elektron xidmətlərin bu Qaydalarla müəyyən olunmuş meyarlara və parametrlərə uyğunluğunu yoxlamalı və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirləri görməlidir.

1.3. Elektron xidmətlərin qiymətləndirilməsi (bundan sonra - qiymətləndirmə) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra-Dövlət Agentliyi) tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında aparılır.

 

{C}2.    Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. xidmətlərin qiymətləndirilməsi - dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili vəziyyətinin, xidmətlərin elektronlaşdırılması zamanı yaranan ehtiyacların və dövlət orqanlarının informasiya sistemləri arasında təhlükəsiz informasiya mübadiləsi imkanlarının müəyyən edilməsi məqsədi ilə həmin orqanların xidmət prosesinin, elektron xidmətlərin göstərilməsinin cari vəziyyətinin öyrənilməsi, məlumatların toplanılması, sistemləşdirilməsi, parametrlər üzrə yoxlanılması və təhlili;

2.1.2. qiymətləndirmə meyarları – qiymətləndirmə parametrlərini əhatə edən prioritet istiqamətlər;

2.1.3. qiymətləndirmə parametrləri – qiymətləndirmənin meyarlar üzrə aparılması üçün müvafiq ballarla ölçülən əsas göstəricilər;

2.1.4. qiymətləndirmə göstəriciləri – hər bir parametr üzrə müvafiq ballarla ölçülən göstəricilər (indikatorlar).

 

{C}3.    Qiymətləndirmənin məqsədləri

 

3.1. Qiymətləndirmənin aparılmasının məqsədləri aşağıdakılardan ibarətdir:

3.1.1. elektron xidmətlərin təşkilinin sürətləndirilməsi;

3.1.2. dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi;

3.1.3. dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;

3.1.4. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulma prosesinin sürətləndirilməsi ona nəzarət edilməsi;

3.1.5. dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi imkanlarının araşdırılması;

3.1.6. bu sahədə modern və çevik idarəetmənin təmini imkanlarının araşdırılması;

3.1.6-1. elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərilməsi;

3.1.7. dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması;

3.1.8. elektron xidmətlərin göstərilməsi ilə bağlı cari vəziyyətin və görülən işlərin öyrənilməsi.

 

{C}4.    Qiymətləndirmənin keçirilmə mərhələləri

 

{C}4.1.   Qiymətləndirmə aşağıdakı 3 mərhələdə həyata keçirilir:

4.1.1. məlumatların toplanması:

4.1.1.1. sorğuların göndərilməsi;

4.1.1.2. yerində baxışın həyata keçirilməsi;

4.1.1.3. informasiya resursları üzərindən xidmətlərin test edilməsi (yoxlama məqsədilə xidmət alınması).

4.1.2. toplanmış məlumatların sistemləşdirilməsi və təhlili.

{C}4.1.3.     arayış və hesabatların hazırlanması.

 

{C}5.    Qiymətləndirmənin təşkili və keçirilməsi

 

5.1. Qiymətləndirmənin aparılması haqqında Dövlət Agentliyinin sədrinin qərarı və yerində baxışın keçirilməsi ilə bağlı tarixlər qiymətləndirmənin başlamasına azı 15 gün qalmış Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında (vxsida.gov.az)yerləşdirilir və rəsmi məktubla dövlət orqanlarına bildirilir.

5.2. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi ildə bir dəfədən az olmayaraq Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

5.3. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi bu Qaydaların 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş meyarlara və parametrlərə uyğun aparılır.

5.4. Qiymətləndirmənin keçirilməsi üçün Dövlət Agentliyinin sədri tərəfindən işçi qrupu yaradılır və onun tərkibi müəyyən edilir.

5.5. İşçi qrupunun vəzifələri aşağıdakılardan ibarətdir:

5.5.1. elektron xidmətlərin təşkili və göstərilməsi üzrə ilkin qiymətləndirmələri aparır;

5.5.2. yerində baxışı həyata keçirir;

5.5.3. qiymətləndirmənin nəticələrini ümumiləşdirir və toplanmış məlumatları təhlil edir;

5.5.4. xidmətlərin elektron formada təşkili və elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlayır;

5.5.5. qiymətləndirmənin yalnız bu Qaydalarla nəzərdə tutulmuş parametrlərə və meyarlara uyğun aparılmasını təmin edir;

5.5.6. qiymətləndirmənin nəticəsi barədə arayış və hesabatlar hazırlayıb Dövlət Agentliyinin sədrinə təqdim edir;

5.5.7. fəaliyyəti zamanı əldə etdiyi informasiyanın konfidensiallığını təmin edir.

5.6. İşçi qrupunun hüquqları aşağıdakılardan ibarətdir:

5.6.1. qiymətləndirmənin meyarları və parametrləri üzrə məlumatları dövlət orqanından almaq;

5.6.2. qiymətləndirmənin aparılması üçün lazımı şəraitin yaradılması ilə bağlı dövlət orqanına müraciət etmək;

5.6.3. yerində baxış zamanı qiymətləndirmə aparılan dövlət orqanının informasiya texnologiyaları ilə bağlı infrastrukturunun vəziyyəti, elektron xidmətlərin göstərilməsini təmin edən inzibati mexanizmin işi ilə real vaxt rejimində tanış olmaq, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların ixtisas və bacarıq səviyyəsi barədə məlumatlar toplamaq.

5.7. Qiymətləndirmənin aparılması üçün təşkil edilmiş işçi qruplarına müstəqil ekspertlər və mütəxəssislər cəlb edilə bilər.

5.8. İşçi qrupu qrup rəhbəri və ən azı 3 mütəxəssisdən ibarət olur.

5.9. İşçi qrupuna informasiya texnologiyaları, hüquq, idarəetmə sahələrində peşəkar fəaliyyət göstərən və azı 1 il iş təcrübəsinə malik olan mütəxəssislər cəlb edilir.

5.10. Dövlət orqanları Dövlət Agentliyinin sorğusu əsasında, sorğu daxil olduğu tarixdən 10 iş günü müddətində qiymətləndirmənin keçirilməsi üçün zəruri olan aşağıdakı məlumatları həm bu Qaydalara əlavə edilmiş formalara uyğun olaraq kağız daşıyıcıda təqdim etməli, həm də Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında olan müvafiq bölməyə daxil etməlidirlər:

5.10.1. dövlət orqanı tərəfindən ümumilikdə göstərilən xidmətlərin və bunlardan elektron təqdim edilən xidmətlərin siyahısı (Əlavə 2);

5.10.2. dövlət orqanlarının həyata keçirdiyi hər bir elektron xidmətdən son 1 il ərzində (sorğunun daxil olduğu tarixədək) istifadə edənlərin sayı (Əlavə 3);

5.10.3. xidmətin göstərilməsi prosesində istifadə olunan daxili informasiya ehtiyatları və məlumat mübadiləsinin avtomatlaşma səviyyəsi (Əlavə 4);

5.10.3-1. xidmət göstərilməsi prosesində istifadə olunan digər dövlət orqanlarının informasiya ehtiyatları və məlumat mübadiləsinin avtomatlaşma səviyyəsi (Əlavə 4-1);

5.10.4. elektron xidmətin nəticəsinin istifadəçiyə təqdim edilməsi forması(Əlavə 5);

5.10.5. kommunikasiya xətlərinin vəziyyəti və yükü (Əlavə 6);

5.10.6. server otaqlarının texniki göstəriciləri, infrastrukturu və təhlükəsizlik (Əlavə 7);

5.10.7. serverlərin quruluşu, texniki göstəriciləri və yüklülük səviyyəsi (Əlavə 8);

5.10.8. elektron xidmətin həyata keçirilməsini təmin edən proqram təminatının texniki sənədləşməsi, yenilənmə və dəstək (support), inteqrasiya və məlumat mübadiləsi, istehsalçı və dəstək göstərən təşkilatla bağlı məlumat (Əlavə 9);

5.10.9. dövlət orqanının istifadəsində olan informasiya ehtiyatları və onların elektronlaşma səviyyəsi (Əlavə 10);

5.10.10. elektron məlumat bazalarının tipi, maksimum məlumat tutumunun həcmi, daxil edilən orta aylıq məlumatların həcmi və istehsalçı tərəfindən dəstək göstərilməsinin səviyyəsi, lisenziyalaşdırma (Əlavə 11);

5.10.11. elektron xidmətin göstərilməsində və təşkilində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi (Əlavə 12);

5.10.12. qiymətləndirmə keçirilən dövrdə elektron təqdim edilməyən xidmətlərlə bağlı vəziyyət (elektronlaşmanın həyata keçirilməməsi səbəbləri, elektronlaşma ilə bağlı görülməsi planlaşdırılan işlər və s.) (Əlavə 13);

5.10.13. elektron xidmətlər barədə xidmət istifadəçilərinin məlumatlandırılması və elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı görülmüş işlər barədə (Əlavə 14);

5.10.14. elektron xidməti həyata keçirən əməkdaşlara keçirilmiş təlimlər barədə məlumat (Əlavə 15);

5.10.15. Dövlət Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq təqdim edilmiş sorğular əsasında digər zəruri məlumatlar.

5.11. İşçi qrupunun üzvləri əldə etdiyi məlumatlardan yalnız qiymətləndirmə məqsədilə istifadə etməli və həmin məlumatların konfidensiallığını təmin etməlidir.

5.12. Dövlət orqanları təqdim etdiyi məlumatların düzgünlüyünə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

5.13. Sorğu nəticəsində təqdim olunmuş məlumatların yoxlanılması, elektron xidmətlər üzrə sorğuların icra mexanizmi və qiymətləndirmənin meyarları və parametrləri üzrə əlavə məlumatların toplanılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən yerində baxış həyata keçirilir.

5.14. Dövlət orqanları qiymətləndirmənin aparılması ilə bağlı öz tərəfindən əlaqələndirici şəxs təyin etməli və bu barədə Dövlət Agentliyinə məlumat verməlidir.

5.15. Dövlət orqanları göstərilən xidmətlərin qiymətləndirilməsi və yerində baxışın keçirilməsi üçün şərait yaratmalı, tələb olunan məlumatları təqdim etməli və qiymətləndirmənin aparılmasına maneçilik törətməməlidir. Qiymətləndirmə və yerində baxış dövlət orqanının iş ahəngini pozmamalıdır.

5.16. Yerində baxış zamanı sorğu nəticəsində təqdim olunmuş məlumatların düzgünlüyünün yoxlanılması və qiymətləndirmənin aparılması üçün zəruri məlumatların toplanılması həyata keçirilir.

5.17. Hər hansı bir səbəbdən müəyyən olunmuş vaxtda yerində baxışın keçirilməsi mümkün olmazsa, bu səbəblər aradan qaldırıldıqdan 3 iş günü sonra qiymətləndirmə aparılan dövlət orqanına xəbər verilməklə yerində baxış həyata keçirilir.

5.18. Sorğu nəticəsində təqdim olunmuş məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu haqda arayış(Əlavə 16) tərtib edilir və qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış sənədlərə əlavə edilir.

5.19. Qiymətləndirmənin nəticəsində hazırlanan arayışda dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkilinin vəziyyəti, problemlər, nöqsanlar, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət daxil edilməklə, həmin xidmətin təkmilləşdirilməsi istiqamətində təkliflərə yer verilir.

5.20. Arayışın layihəsi qiymətləndirmənin nəticələrinə münasibət bildirilməsi üçün elektron xidməti göstərən dövlət orqanına təqdim edilir. Dövlət orqanı arayış layihəsinə dair rəy və təkliflərini 5 iş günü müddətində Dövlət Agentliyinə təqdim etməlidir. Dövlət orqanının qiymətləndirmə nəticələri ilə bağlı rəy və təklifləri yekun arayışın hazırlanmasında nəzərə alınır.

5.21. İlkin qiymətləndirmə zamanı hər bir dövlət orqanı üzrə tədbirlər planında qiymətləndirmənin keçirilməsi üçün nəzərdə tutulmuş son tarixə uyğun məlumatlar əsas götürülür və qiymətləndirmə həmin məlumatlara uyğun aparılır.

 

{C}6.    Qiymətləndirmənin nəticələri

 

6.1. Qiymətləndirmə aşağıdakı qaydada aparılır:

6.1.1. xidmətin informativ və ya interaktiv olmasına uyğun olaraq qiymətləndirmə meyarlar və parametrlər üzrə qiymətləndirmə göstəricilərinə (indikatorlarına) əsasən aparılır;

6.1.2. qiymətləndirmənin aparılması üçün hər bir meyar və xidmət üzrə maksimum qiymətləndirmə balı müəyyən olunur;

6.1.3. hər bir xidmət üzrə hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır;

6.1.4. əldə olunmuş nəticələrə əsasən təhlillər aparılır.

6.2. Bu Qaydaların 6.1.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən faizlər üzrə elektron xidmətlər aşağıdakı şəkildə qiymətləndirilir:

6.2.1. 50% və daha aşağı – qeyri kafi;

6.2.2. 51%-dən 70%-dək– kafi;

6.2.3. 71%-dən 90%-dək– yaxşı;

6.2.4. 91%-dən 100%-dək - əla.

6.3. Qiymətləndirmənin nəticəsi olaraq dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkilinin vəziyyəti, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət, problemlər, nöqsanlar və onların aradan qaldırılması üçün müəyyən edilən tövsiyələrin yer aldığı arayış hazırlanır və Dövlət Agentliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

6.3.1. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə aparılmış qiymətləndirmələr nəticəsində müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan tövsiyələr verilir və ehtiyac yarandıqda metodiki köməklik göstərilir;

6.3.2. qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin olunmuş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndərilir;

6.3.3. qiymətləndirmənin nəticələri, o cümlədən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verilir.

6.4. Dövlət orqanları təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim etməlidir.

6.5. Qiymətləndirmənin nəticələri haqqında məlumatlar Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında açıqlanır.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2015-ci il “3” mart tarixli 1/1-02 nömrəli qərarı ilə təsdiq edilmiş

1 nömrəli əlavə

 

Qiymətləndirmə üzrə meyarlar və parametrlər

 

 

1. Elektronlaşma və əlaqəlilik səviyyəsi:

 

İnteraktiv xidmətlər üçün

İnformativ xidmətlər üçün

1.1.Elektron xidmətlər üzrə müraciətin dövlət orqanında emalının avtomatlaşdırılma səviyyəsi:

a) tam avtomatlaşdırılıb

2 bal

2 bal

b) qismən avtomatlaşdırılıb

1 bal

1 bal

c) icra ənənəvi kağız sənədləşmə yolu ilə təmin edilir

0 bal

0 bal

 

 

 

1.2. Elektron xidmətlərin təşkilində istifadə edilən informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resurslarının) elektronlaşdırılma səviyyəsi:

a) tam elektronlaşdırılıb

2 bal

2 bal

b) qismən elektronlaşdırılıb

1 bal

1 bal

c) elektronlaşdırılmayıb

0 bal

0 bal

 

 

 

1.3. Elektron xidmətlərin göstərilməsi ilə bağlı digər dövlət orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resurslarından) istifadə edilməsi: *

a) istifadə edilir, proses tam avtomatlaşdırılıb

2 bal

2 bal

b) istifadə edilir, proses qismən avtomatlaşdırılıb

1 bal

1 bal

c) istifadə edilmir

0 bal

0 bal

 

 

 

1.4. Elektron xidmətlərin göstərilməsində elektron imzadan istifadənin təmin edilməsi: *

a) təmin edilib

2 bal

b) qismən təmin edilib

1 bal

c) təmin edilməyib

0 bal

 

 

 

1.5.Elektron xidmətin göstərilməsinin nəticəsinin təqdim edilməsi: **

a) elektron sənəd verilir və ya informasiya sistemləri tərəfindən real vaxt rejimində təqdim edilir

2 bal

2 bal

b) internet səhifəsində açıq məlumat yerləşdirilir və ya istifadəçiyə bildiriş göndərilir

1 bal

c) elektron sənəd verilmir, nəticə üçün dövlət orqanına gəlmək tələb olunur və ya istifadəçiyə kağız üzərində məlumat verilir

0 bal

0 bal

 

 

 

 

Qeyd:

* Göstərilməsində elektron imzadan və ya digər dövlət orqanlarının informasiya ehtiyatlarından istifadə tələb edilməyən xidmətlər üzrə bu parametrlər hesablamada nəzərə alınmır.

** Nəticənin elektron təqdim edilməsi mümkün olmayan xidmətlər üzrə bu parametr hesablamada nəzərə alınmır.

 

2. İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi:

 

İnteraktiv xidmətlər üçün

İnformativ xidmətlər üçün

2.1. Elektron xidmətin inzibati reqlamentinin olması:

a) var, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib

 2 bal

2 bal

b) var, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyib

1 bal

1 bal

c) yoxdur

0 bal

0 bal

 

 

 

2.2. Elektron xidmət göstərən dövlət orqanının rəsmi internet informasiya ehtiyatında, dövlət xidmətləri bölməsində xidmətin təqdim edilməsi:

a) təqdim edilir

1 bal

1 bal

b) təqdim edilmir

0 bal

0 bal

 

 

 

2.3. Xidmət haqqında dolğun, aktual və düzgün məlumatların “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri”ndə təqdim edilməsi:

a) təqdim edilib

2 bal

2 bal

b) təqdim edilməyib

0 bal

0 bal

 

 

 

2.4. Elektron xidmətlərdən istifadə qaydaları haqqında dövlət orqanının rəsmi internet saytında dolğun, aktual və düzgün məlumat əldə etmək imkanlarının mövcudluğu:

a) təmin edilib

2 bal

2 bal

b) qismən təmin edilib

1 bal

1 bal

c) təmin edilməyib

0 bal

0 bal

 

 

 

 

3. İstifadə rahatlığı səviyyəsi:

 

İnteraktiv xidmətlər üçün

İnformativ xidmətlər üçün

3.1. Xidmətdən istifadə üçün tələb olunan məlumatların elektron formada qəbul edilməsi imkanı: *

a) məlumatlar interaktiv formada qəbul edilir

3 bal

b) müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan digər sənədlərin skan edilmiş surətləri qəbul edilir

2 bal

c) sənədlərin bir hissəsi elektron qəbul edilir

1 bal

d) təmin edilmir

0 bal

 

 

 

3.2. Saytın  dövlət xidmətləri bölməsində sənəd nümunələrinin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi və şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi:

a) təmin edilir

2 bal

b) qismən təmin edilir

1 bal

c) təmin edilmir

0 bal

 

 

 

3.3. Sənədləri elektron formada göndərən (informativ xidmətlər üçün sorğunu göndərən) şəxsə təsdiqetmə bildirişinin göndərilməsi:

a) təmin edilir və ya xidmət real vaxt rejimində həyata keçirilir 

2 bal

2 bal

c) qismən təmin edilir

1 bal

1 bal

d) təmin edilmir

0 bal

0 bal

 

 

 

3.4. Elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin elektron məlumat almaq imkanlarının mövcudluğu:

a) xidmət informasiya sistemləri tərəfindən həyata keçirilir

2 bal

2 bal

b) var

1 bal

1 bal

c) yoxdur

0 bal

0 bal

 

 

 

3.5. Elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada ödənilməsi imkanının mövcudluğu: **

a) var

2 bal

b) yoxdur

0 bal

 

 

 

3.6. Elektron formada göndərilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi:

{C}a)  {C}xidmət real vaxt rejimində həyata keçirilir və ya kargüzarlıq qaydalarına müvafiq olaraq baxılması təmin edilir (real vaxt rejimində həyata keçirilə bilməyən xidmətlər üzrə)

2 bal

2 bal

b) təmin edilmir

0 bal

0 bal

 

Qeyd:

* Məlumatların interaktiv formada qəbul edilməsi imkanın təmini xidməti göstərən orqandan asılı olmayan səbəbdən mümkün olmadıqda və həmin orqan bu barədə əsaslandırıcı sənədləri təqdim etdikdə (müraciət məktubu və s.)  qeyd edilən parametr üzrə maksimum nəticə 2 bal olaraq hesablanır.

** Ödənişsiz xidmətlər üzrə bu parametr hesablamada nəzərə alınmır.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə

 

Ümumilikdə və elektron formada göstərilən xidmətlərin siyahısı

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

Xidmətin adı

Elektron xidmətlər reyestrində qeydə alınma tarixi və reyestr nömrəsi

Elektronlaşma səviyyəsi (tam/qismən/elektronlaşmayıb)

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

6

 

 

 

7

 

 

 

8

 

 

 

9

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həyata keçirilən elektron xidmətlərdən istifadə edənlərin sayı barədə məlumat

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elektron xidmətin adı

CƏMİ

Qiymətləndirmənin həyata keçirildiyi tarixdən əvvəlki 1 il üçün

I Rüb

II Rüb

III Rüb

IV Rüb

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                             

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2015-ci il “3” mart tarixli 1/1-02 nömrəli qərarı ilə təsdiq edilmiş

4 nömrəli əlavə

 

 

Xidmət göstərilməsi prosesində istifadə olunan daxili informasiya ehtiyatları

və məlumat mübadiləsinin avtomatlaşma səviyyəsi

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

Xidmətin adı

İstifadə olunan

informasiya ehtiyatı

İstifadə olunan
informasiya sistemi

Mübadilənin həyata keçirilmə forması

 

1

 

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

4

 

 

 

 

 

5

 

 

 

 

 

6

 

 

 

 

 

7

 

 

 

 

 

8

 

 

 

 

           

 

 

                                                 İmza:           ________________________________________________

                                                                                 (səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2015-ci il “3” mart tarixli 1/1-02 nömrəli qərarı ilə təsdiq edilmiş

4-1 nömrəli əlavə

 

Xidmət göstərilməsi prosesində istifadə olunan digər dövlət orqanlarının informasiya ehtiyatları

və məlumat mübadiləsinin avtomatlaşma səviyyəsi{C}[1]{C}

 

_______________________________________________________________________________

 

(dövlət orqanının adı)

 

 

Xidmətin adı

Digər dövlət orqanı

İstifadə olunan
informasiya ehtiyatı

İstifadə olunan
informasiya sistemi

Mübadilənin həyata keçirilmə forması

1

 

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

4

 

 

 

 

 

5

 

 

 

 

 

6

 

 

 

 

 

7

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

                                                 İmza:           ________________________________________________

                                                                                 (səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elektron xidmətin nəticəsinin istifadəçiyə təqdim edilmə forması

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xidmətin adı

Elektron

Qeyri-elektron

onlayn

e-poçt

sənəd

şifahi

1

 

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

4

 

 

 

 

 

5

 

 

 

 

 

6

 

 

 

 

 

7

 

 

 

 

 

8

 

 

 

 

 

9

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                           

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 6 nömrəli əlavə

 

Kommunikasiya xətlərinin vəziyyəti və yüklülüyü

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

 

Kommunikasiya xətti vasitəsilə məlumat mübadiləsi aparılan təşkilatın adı

Növü

Yüklülük

analoq

optik

az
(0-30%)

orta
(30-75%)

çox
 (75% yuxarı)

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavə

 

 

Server otağı üzrə məlumatlar

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

Adı

Qiymətləndirmə
(nümunədə göstərilmiş şəkildə,
uyğun cavab yazılır)

Qeyd

1

Server otağının sxemi

mövcuddur/mövcud deyil

mövcud olduqda sənədlərə əlavə olunur

2

Server otağının yerləşmə yeri (binanın xarici divarı olmayan tərəfdə yerləşməli, otağın yerləşdiyi sahədə su və ya kanalizasiya boruları olmamalıdır)

uyğundur/uyğun deyil

 

3

Server otağının ölçüləri (eni, uzunluğu, tavanın hündürlüyü)

 

 

4

Divar örtüyünə olan tələblər (nəmə və yanğına davamlı, səs udma qabiliyyətinə malik olmalı və ekranlaşdırılmalıdır)

təmin olunub/təmin olunmayıb

 

5

Tozluluq səviyyəsi (q/m3)

ölçü üzrə göstərici qeyd olunur

 

6

Zəmanətli elektrik təchizatı (2 müxtəlif elektrik yarımstansiyasından qidalanma və 1 ədəd elektrik generatorunun olması)

təmin olunub/təmin olunmayıb

 

7

Fasiləsiz elektrik təchizatı (bütün server və şəbəkə qurğularını ən azı 15 dəq. işlədə bilən ehtiyat gücə malik əsas və ehtiyat UPS)

təmin olunub/təmin olunmayıb

 

8

Server otağında olan bütün avadanlıq və metal konstruksiyaların torpaqlanması (yerlə birləşdirmə, binanın ümumi yerlə birləşdirməsindən ayrı)

təmin olunub/təmin olunmayıb

 

9

İşıqlandırma (500 lüks-dən az olmamalıdır, işıqlandırma üçün qaz lampalarından istifadə edilməməlidir, bu lampalar ətrafında elektromaqnit sahəsi yaradır)

təmin olunub/təmin olunmayıb

 

10

Hava ventilyasiyası və soyutma sistemləri (normal temperatur həddi: 18-22Co, nisbi rütubət: 40-50%, temperatur və rütubətin uzaqdan monitorinq sistemi)

təmin olunub/təmin olunmayıb

 

11

Monitorinq sistemi
- temperatur
- rütubət
- tüstü
- toz
- hava axını
- qapıların açılıb-bağlanması

var/yoxdur

 

12

Falş döşəmə və falş tavan

təmin olunub/təmin olunmayıb

 

13

Kommunikasiya xətləri (güc və məlumat kabelləri eyni daşıyıcı ilə aparıla bilməz, aralarındakı məsafə 50sm-dən az olmamalıdır)

standarta uyğundur/standarta uyğun deyil

 

14

Mühafizə
- mexaniki qıfıl
- elektromaqnit qıfıl
- elektromexaniki qıfıl
- elektron identifikasiya
- biometrik identifikasiya

təmin olunub/təmin olunmayıb

 

15

Mühafizə siqnalizasiyası (binanın mühafizəsindən ayrı olmalıdır, telefon və sms-ləməlumatlandırma imkanı olmalıdır)

təmin olunub/təmin olunmayıb

 

16

Videomüşahidə sistemi

var/yoxdur

 

17

Yanğın siqnalizasiyası

var/yoxdur

 

18

Qaz vasitəsilə yanğınsöndürmə sistemi

var/yoxdur

 

19

Qaz-tüstü təmizləmə sistemi

var/yoxdur

 

20

Texniki vasitələrin dəstəklənməsi üzrə profilaktik və təmir işlərinin qeydiyyatı

qeydiyyat aparılır/qeydiyyat aparılmır

 

21

Əməliyyat sistemlərinin dəstəklənməsi üzrə işlərin qeydiyyatı

qeydiyyat aparılır/qeydiyyat aparılmır

 

22

Məlumat bazalarının dəstəklənməsi üzrə işlərin qeydiyyatı

qeydiyyat aparılır/qeydiyyat aparılmır

 

 

 

 

İmza:                                                                                  ________________________________________________________________________

                                                                                                 (səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə

 

 

Serverlərin quruluşu, texniki göstəriciləri və yüklülük səviyyəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

_______________________________________________________________________________

 

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Server
(adı və təyinatı)

Texniki göstəriciləri

Quruluşu
(tower, rack və s.)

Mərkəzi prosessor (CPU)

Əməli yaddaş (RAM)

Sərt diskin həcmi (HDD)

 

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                       

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 9 nömrəli əlavə

 

 

Elektron xidmətin həyata keçirilməsini təmin edən proqram təminatı

__________________________________________________________

(dövlət orqanının adı)

 

 

Elektron xidmət

Həyata keçirilməsini təmin edən proqram təminatı

Adı

İstehsalçı təşkilat

Dəstək göstərən təşkilat

İstehsal tarixi

Texniki sənədləşmə

İstifadə etdiyi məlumat bazası

1

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

                                                ____________________________________________________

                                             (səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                       

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 10 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

Dövlət orqanının istifadəsində olan informasiya ehtiyatları və onların elektronlaşma səviyyəsi

_____________________________________________________________________________________________________________________________________ 

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

İnformasiya ehtiyat

Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərində qeydə alınma tarixi və reyestr nömrəsi

Elektronlaşma səviyyəsi (tam/qismən/elektronlaşmayıb)

 

 

1

 

 

 

 

 

2

 

 

 

 

 

3

 

 

 

 

 

4

 

 

 

 

 

5

 

 

 

 

 

6

 

 

 

 

 

7

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

                         

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 11 nömrəli əlavə

 

 

Məlumat bazalarının tipi, maksimum məlumat tutumunun həcmi, daxil edilən orta aylıq məlumatların həcmi və istehsalçı tərəfindən dəstək göstərilməsinin səviyyəsi, lisenziyalaşdırma

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Verilənlərin idarə edilməsi sistemi (məlumat bazası)

Göstəricilər

Yüklülük

 

Maksimum məlumat tutumu

Cari məlumat tutumu

Ay ərzində daxil edilən orta məlumat həcmi

Lisenziyalaşma

İstehsalçı tərəfindən dəstəklənmə

az
(0-30%)

orta
(30-75%)

çox
 (75% yuxarı)

 

1

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

 

 

 

 

6

 

 

 

 

 

 

 

 

 

 

7

 

 

 

 

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                                                 

 

 

 

                                 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavə

 

Elektron xidmətlərin göstərilməsində və təşkilində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi barədə məlumat

 

 

 

 

 

 

 

 

__________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

Elektron xidmətin adı

Elektron xidmətin həyata keçirilməsində iştirak edən əməkdaş

Adı və soyadı

Elektron imza ilə təmin edilmə barədə məlumat (təmin edilib / təmin edilməyib)

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

6

 

 

 

7

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

                     

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 13 nömrəli əlavə

 

 

 

Elektron təqdim edilməyən xidmətlərlə bağlı vəziyyət haqqında

 

 

 

 

 

 

 

 

 

_________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

 

Xidmətin adı

Elektronlaşmanın həyata keçirilməməsi səbəbləri

Elektronlaşma ilə bağlı görülməsi planlaşdırılan işlər

Xidmətin elektron təqdim edilməsinin planlaşdırılan tarixi

1

 

 

 

 

2

 

 

 

 

3

 

 

 

 

4

 

 

 

 

5

 

 

 

 

6

 

 

 

 

7

 

 

 

 

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

______________________________________________________________________ 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

                             

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 14 nömrəli əlavə

 

 

Elektron xidmətlər barədə xidmət istifadəçilərinin məlumatlandırılması və elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı görülmüş işlər barədə

 

 

 

 

 

 

 

 

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

Tədbirin adı

Keçirilmə tarixi (müddət)

Qeyd

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

6

 

 

 

7

 

 

 

8

 

 

 

9

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

                   

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 15 nömrəli əlavə

 

 

Elektron xidməti həyata keçirən əməkdaşlara keçirilmiş təlimlər barədə məlumat

 

 

 

 

 

 

 

 

_______________________________________________________________________________

(dövlət orqanının adı)

 

 

 

 

 

 

 

 

Elektron xidmətin həyata keçirilməsində iştirak edən əməkdaş

Keçirilmiş təlim

Tarix

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

6

 

 

 

7

 

 

 

8

 

 

 

9

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmza:

 

 

 

 

 

(səlahiyyətli şəxsin vəzifəsi, adı, soyadı)

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 2014-cü il “15” yanvar tarixli 1/1-01 nömrəli qərarı ilə təsdiq edilmiş 16 nömrəli əlavə

 

 

Yerində baxış zamanı təsdiqini tapmayan məlumatlar haqqında

 

PROTOKOL № ______

 

“____” ______________20____il                                                                                     Bakı şəhəri

 

Biz_______________________________________________________________________________________________

(protokolu tərtib edən şəxslərin aid olduğu təşkilatın adı, vəzifəsi, a.a.s.)

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

(qiymətləndirilmə aparılan dövlət orqanının adı)

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

(düzgün olmayan məlumatın mahiyyəti)

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

_________________________________________________________________________________müəyyən etdik.

Barəsində qiymətləndirmə aparılan dövlət orqanının_______________________________________

                                                                                                                                    (məsul əməkdaşın vəzifəsi, a.a.s.)

__________________________________________________________________________________________________

izah etdi:_______________________________________________________________________________________

(izahat və ya mülahizənin məzmunu)

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

Barəsində qiymətləndirmə aparılan dövlət orqanın məsul əməkdaşı:

 

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

 

Qeyd____________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

Protokolu tərtib edən şəxs (şəxslər):

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

 

 

Barəsində qiymətləndirmə aparılan dövlət orqanın məsul əməkdaşı:

 

______________________________                                                 __________________

                                (adı və soyadı)                                                                                                   (imza)

 

Qeyd: Barəsində qiymətləndirmə aparılan dövlət orqanın məsul əməkdaşının izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır.

Protokolu imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır:________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

__________________________________________________________________________________________________

 

Barəsində qiymətləndirmə aparılan dövlət orqanın məsul əməkdaşına protokolun surəti verilir.

Protokolun surətini aldım:

 

 

____________________________________________________                __________________

                      (dövlət orqanının məsul əməkdaşının vəzifəsi, a.a.s.)                                                 (imza)