Press-relizlər

"Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub


            3 aprel 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

            Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.

            Qonaqlar çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar. Həmçinin təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

            Tədbirdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan  və  şəhidlərimizin ailə üzvlərinin videolardan ibarət çarxlar  nümayiş olunub.


Tarix: 03-04-2019 22:05