Press-relizlər

“ASAN Könüllüləri” Təşkilatı 7 yaşında


28 dekabr tarixində “ASAN Könüllüləri” Təşkilatının yaradılmasının 7 illiyinə, eyni zamanda Təşkilatın 2020-ci ildəki fəaliyyətinə dair Hesabat Konfransı keçirilib. 

Konfrans COVID 19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunub.

Öncə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova giriş nitqi söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev könüllüləri bu əlamətdar hadisə münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış ediblər.

Sonda il ərzində göstərdikləri fəalliyyətə görə könüllülər təltif olunublar.


Tarix: 28-12-2020 19:16