Press-relizlər

Dövlət Agentliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət Agentliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar.


Tarix: 12-12-2021 15:00