Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-release

“Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda dəyirmi masanın iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar


3 oktyabr 2014-cü il tarixində  Bakıda keçirilən “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda dəyirmi masanın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Dövlət xidmətlərinin çatdırılmasında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini örnək model kimi qiymətləndirən qonaqlar bu  təcrübənin  digər ölkələrdə də tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı-İnnovasiyalar mərkəzi qonaqlara nümayiş etdirilib.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bügunədək 2 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Date: 02-10-2014 16:02