Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-release

Press - conference devoted to the 1 year’s activity of “ASAN service” centers


15 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 1 saylı “ASAN xidmət” mərkəzinin yaranmasının 1 illiyi və ötən ilin hesabatı ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.

Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin 1 illik fəaliyyəti ilə əlaqədar ətraflı məlumat vermiş, ötən il ərzində ölkə ərazisində 5 “ASAN xidmət” mərkəzinin istifadəyə verildiyini, regionlarda isə vətəndaşlara Səyyar formada xidmətlərin göstərildiyini diqqətə çatdırmışdır.

Ötən 1 il ərzində “ASAN xidmət” mərkəzlərinə 959. 000-ə yaxın vətəndaş müraciətinin daxil olduğunu bildirən İnam Kərimov bu müraciətlərin 90%-nin təmin edildiyini qeyd etmişdir. Onun sözlərinə görə, 1 saylı “ASAN xidmət” mərkəzində ötən il ərzində 340 min, Sumqayıt “ASAN xidmət” mərkəzində 204 min, 2 saylı “ASAN xidmət” mərkəzində 250 min, 3 saylı “ASAN Xidmət” mərkəzində 92 min, Gəncə “ASAN xidmət” mərkəzində isə 14 min müraciətə baxılmışdır. Dövlət Agentiyinin sədri həmçinin 2013-cü ilin iyun ayından etibarən səyyar formada şimal və cənub istiqamətləri üzrə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 603 nəfər vətəndaşın müraciətinə baxıldığını qeyd etmişdir.

İnam Kərimov 1 il ərzində 260 əməkdaşın  fəaliyyət göstərdiyini və  onların orta yaş həddinin 28 yaş olduğunu bidirmişdir. “ASAN xidmət” mərkəzlərinə ali təhsil müəssisələrində oxuyan və yeni bitirmiş gənclərə iş vərdişlərinin öyrədilməsi və iş mühitində ilkin təcrübəyə yiyələnmək məqsədi ilə 1138 könüllünün cəlb edildiyini də qeyd etmişdir.

Bildirilmişdir ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev cari il ərzində “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılması və bölgələrdə ən azı dörd və ya beş “ASAN xidmət” mərkəzinın istifadəyə veriməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Dövlət Agentliyinin sədrinin sözlərinə görə fevral-mart ayında Bakı şəhərində növbəti – 4 saylı “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, bununla da Bakı və Sumqayıt şəhərinin sakinləri hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq, onlara yaxın və müvafiq “ASAN xidmət” mərkəzlərinə müraciət edib xidmətlərdən faydalana biləcəkdir.

Həmçinin, İnam Kərimov bildirmişdir ki, bu ilin fevral ayından Bakı şəhərinin sakinləri üçün pilot layihə çərçivəsində səyyar formada xidmətlərin həyata keçirilməsinə başlanılacaqdır. 


Date: 14-01-2014 10:12